İ N F O R M A T İ K A
____________________________________________________________ 389
edən marşrutlaşdırma protokollarından;
Kompüterin unikal nömrəsini və ya adını aydınlaşdıran, şəbəkə ünvanını
dəstəkləyən protokollardan;
Bütün mümkün şəbəkə xidmətlərinə daxil olmanı təşkil edən tətbiqi
protokollardan;
Uyğun marşrutlar haqqında şəbəkəyə lazımı məlumatı,
şəbəkənin
vəziyyəti haqqında informasiyanı verən, həmçinin lokal şəbəkələr üçün
məlumatları işlədən şlüz protokollarından;
Kliyentin şəbəkədə rahat işləməsini təmin edən və yuxarıda göstərilən
protokollara aid olmayan digər protokollardan.
QEYD
: 1973-cü ildə DARPA-nın İnformasiya
Departamentinin direktoru
Robert Elliot (Bob) Kan və amerika alimi Vinton Qrey Serf Pentaqonun Elmi
Tədqiqatları İdarəsi (Defense Advanced Research Projects Agency) DARPA-da
işləyərkən informasiyanın paketlər vasitəsi ilə uzaq
məsafələrə ötürülməsi üçün
protokol kəşf edirlər və onu sonralar TCP/IP protokolu adlandırırlar.
Robert Elliot (Bob) Kan Vinton Qrey Serf
Əslində TCP/IP iki müxtəlif protokoldan ibarətdir:
TCP
(Transmission Control Protocol – Verilənlərin Ötürülməsinə Nəzarət
Protokolu) İnternet vasitəsilə göndəriləcək informasiyanın kiçik paketlərdə hansı
şəkildə bölünməsini təyin edir.
Qovluqlarda yerləşdirilən xüsusi hazırlanmış kompüterlər İnternet
vasitəsilə
informasiyanı hərəkət etdirmək üçün
IP
-dən istifadə edirlər. Bu zaman kiçik
informasiya paketlərində kompüterlərin IP ünvanları
göstərilir ki, bunun da
köməyi ilə informasiya müəyyən olunmuş ünvana çatdırılır. Hər bir paketdə 4