İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə287/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   283   284   285   286   287   288   289   290   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 399 
Soxulcan çoxalmaqla minlərlə kompüterə öz kopiyasını göndərə bilir. 
Troyan atı nədir? 
Troyan atı yalanlardan ibarətdir. İlk baxışda troyan atı istifadəçiyə özünü 
lazımlı proqram kimi göstərir. Amma fərdi kompüteri işə salandan sonra hər şey 
alt-üst olur. Əməliyyat sistemi işə düşdükdən sonra troyan atı faylları proqramdan 
kənarlaşdırmaqla onlarda olan informasiyaları məhv edir. Troyan atının digər 
növü də mövcuddur, o, kompüterlərə düşərək istifadəçidə qıcıqlanma yatarmaqla 
onu əsəbləşdirir (istədiyi ölkənin himnini çalır, mənasız sözlər ilə istifadəçini 
əsəbləşdirir, hazırlanmış materialı müxtəlif rənglərlə rəngləyir və s.), kompüterdən 
heç bir faylı kənarlaşdırmır, sadəcə olaraq istifadəçinin işinə maneçilik edir. 
Viruslardan və soxulcanlardan fərqli olaraq troyan atı faylları korlamaqla yayılmır, 
özü-özünü artırmır. 
KOMPÜTER VİRUSLARININ MEYDANA 
GƏLMƏSİNİN QISA TARİXİ
Heç kimə sirr deyil ki, hər bir müasir kompüterin ən böyük və qorxulu 
düşməni viruslardır. Virus üçün fərdi kompüterin hansı məqsədlə istifadə edilməsi, 
İnternetə və ya lokal şəbəkəyə qoşulub-qoşulmaması vacib deyildir. Bu gün 
müxtəlif ziyanverici proqramlar o qədər çoxdur ki, demək olar ki, hər bir 
kompüter təhlükə altındadır.
Kompüter virusu nədir? Əslində, bu ad altında bir-neçə növ ziyanverici 
proqramlar gizlənir ki, bunların da çoxdandır ki, hər birinin özünəməxsus 
kompüterə daxil olmaq metodikası vardır. Bu günə 50 minə yaxın kompüter 
virusu məlumdur. Bu kiçik ziyanverici proqramlar aşağıdakı 3 qayda ilə yaşayırlar: 

Çoxalmaq; 

Gizlənmək; 

Pozmaq (xarab etmək). 
Hələ viruslarla universal və etibarlı mübarizə vasitəsi yoxdur. 
Burada klassik kompüter virusları – “
parazitlər
” nəzərdən keçirilir. 
Ziyanverici proqramların bu növünün tarixi nə az-nə çox – 40 il əvvələ, keçən 
əsrin 60-cı illərinin sonuna gedib çıxır. Bu, o zaman idi ki, kompüterlə yalnız 
fantastik hekayələrin səhifələrində rastlaşmaq mümkün idi. O zaman ABŞ-ın iri 
tədqiqat mərkəzlərinə mənsub olan azsaylı kompüterlərdə ilk dəfə qeyri-adi 
davranışlı proqramlar aşkar edilmişdi. İnsanın bütün göstərişlərini yerinə-yetirən 
normal proqramlardan fərqli olaraq bunlar heç bir əmrə tabe olmurdular, 
kompüter daxilində anlaşılmaz işlərlə məşğul olaraq sistemin işini olduqca 
ləngidirdilər. Bu qeyri-adi proqramların yaxşı cəhəti o idi ki, bunlar heç nəyi 
pozmur və çoxalmırdılar. Lakin bu yaxşı cəhət uzun sürmədi... 
İlk kompüterlərin, şəbəkələrin və şəbəkə protokollarının yaradıcıları gələcəyi 
görə bilsəydilər, çox güman ki, informasiyanın qorunması problemləri bu gün 
xeyli az olardı. İlk vaxtlar kompüterlər binalardakı çoxlu sayda otaqları zəbt edən, 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   283   284   285   286   287   288   289   290   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin