İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə288/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   284   285   286   287   288   289   290   291   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A 
____________________________________________________________ 
400 
bahalı, nəhəng texniki sistemlər olduğundan, onlardan yalnız iri dövlət və xüsusi 
şirkətlər istifadə edə bilirdilər. Müəyyən müddətdən sonra informasiya 
mübadiləsinə zərurət meydana çıxdı – ilk şəbəkələr yarandı. Lakin həmin 
vaxtlarda kompüterlər qapalı sistemlər idi və ağ xalatlı ciddi insanlar tərəfindən 
idarə edilirdi. Buna görə də o vaxtlar xuliqanlıq və ziyankarlıq barədə heç kim 
düşünməmişdi. Təəssüf ki, tarix kompüter ziyanvericilərinin yaradılması barədə 
olan çoxlu faktları üzə çıxarmır. Lakin buna baxmayaraq bəzi faktlar məlumdur. 
Özüçoxalan mexanizmlər (proqramlar) nəzəriyyəsinin əsasını qoyan fizika və 
piyaziyyat elmləri üzrə görkəmli elmi nəticələrə nail olmuş, dünya şöhrətli macar 
əsilli amerikalı alim Con fon Neyman (Yanoş Layoş Neyman) (1903-1957) 
olmuşdur. Con fon Neyman “Mürəkkəb avtomatlar nəzəriyyəsi və təşkili” 
mövzusunda mühazirələr seriyası oxuyurdu ki, bu mühazirələr də sonralar 
özütörəyən avtomatlar nəzəriyyəsinin təməlini təşkil etmişdi. Lakin bu, yalnız 
nəzəriyyə idi. 
Həmin dövrdə bu nəzəriyyə tənqidə məruz qaldı və elmi ictimaiyyətin 
diqqətini cox da cəlb eləmədi. Con fon Neyman 1951-ci ildə belə mexanizmlərin 
yaradılması metodunu təklif etmişdi. 
Rocer Penrouz 
1957-ci ildə “Nature” jurnalında L.S.Penrouz, 
həyat yoldaşı, fizika üzrə Nobel mükafatı laureatı 
Rocer Penrouzla həmmüəllif olmaqla özüçoxalan 
mexaniki strukturlar haqqında ilk məqaləni çap 
etdirir. Bu məqalədə təmiz mexaniki konstruk-
siyalarla bahəm belə strukturlar üçün aktivləşmə, 
tutub saxlama və azad etmə imkanlarına malik olan 
ikiölçülü model də şərh edilir. Bu məqalədəki 
materiallara əsaslanmaqla F.J.Ştal IBM 650 elektron 
hesablama maşınında istifadə olunan maşın dilində 
biokibernetik modeli proqramlaşdırır. Bu proqramda 
məxluq 
sıfıra 
bərabər 
olmayan 
sözlərlə 
qidalanmaqla hərəkət edir. 
Məxluq müəyyən sayda simvolları “yeyəndən” sonra çoxalır. Bu zaman yeni 
əmələ gələn mexanizmlər mütasiya imkanına malik ola bilir. Kibernetik məxluq 
müəyyən müddət ərzində qidalanmayanda “ölürdü”. 
1961-ci ildə Bell Telephone Laborototies kompaniyasının (ABŞ) əməkdaşları 
V.A. Vısotski, X.D. Makilroy və Robert Morris “Darvin” adlandırılan qeyri-adi oyun 
yaradırlar. O vaxtlar hələ yüksək səviyyəli proqramlaşdırma dilləri yox idi. Oyun 
assembler dilindən istifadə edilməklə yaradılmışdı. Bu oyunun mahiyyəti ondan 
ibarət idi ki, assemler dilində yazılmış “orqanizmlər” adlandırılan bir neçə proqram 
komüterin yaddaşına yüklənirdi. Bir oyunçunun yaratdığı (daha dəqiq desək bir 
növə aid olan) orqanizmlər digər növə aid olan orqanizmləri məhv etməli və 
onların mövcud olduğu fəzanı zəbt etməli idi. Yaddaşı tamamilə zəbt edə bilən və 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   284   285   286   287   288   289   290   291   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin