İ N F O R M A T İ K A
____________________________________________________________
394
Qlobal kompüter şəbəkəsinin struktur sxemi
EHM və terminal şəbəkələri verilənləri ötürmə şəbəkəsi vasitəsilə bir-biri ilə
birləşdirilmiş əsas (Əsas Hesablama Maşınları) və terminal (Terminal Hesablama
Maşınları) elektron hesablama maşınlarından ibarətdir. Əsas hesablama maşınları
abonent məsələlərinin həlli üçün, terminal hesablama maşınları isə abonent
kompüterlərini verilənləri ötürmə şəbəkəsinə birləşdirmək üçün nəzərdə tutulub.
ATM TEXNOLOGİYASI
Müasir böyük həcmli hesablama şəbəkələrində müxtəlif növlü və sistemli
kompüter və avadanlıqlardan istifadə edilir ki, onların da bir-birilə
uyğunlaşdırılması şəbəkə adminstratorları üçün çoxlu problemlər yaradır. Bu
uyğunlaşmanı müəyyən dərəcədə ATM (Asynchronous Transfer Mode)
texnologiyası yerinə yetirir:
Lokal və qlobal şəbəkələr üçün ümumi nəqliyyat protokolu;
Hər birinin xidmət keyfiyyəti tələb olunan səviyyədə olmaqla kompüter və
multimedia trafiklərini eyni nəqliyyat sistemləri çərçivəsində birləşdirmək;
Tələbdən asılı olaraq verilənlərin ötürülməsi üçün Qiqabıt/saniyə sürətə
malik iyerarxik sistemin olması.
Burada ən çətin məsələ eyni əlaqə kanalı və eyni kommunikasiya
avadanlıqlarından istifadə etməklə kompüter və multimedia trafiklərini eyni
vaxtda ötürməkdir. Bu funksiya ATM kommutatorunun köməyi ilə həyata keçirilir.
THM
ƏHM
THM
ƏHM
THM
ƏHM
THM
THM
ƏHM
UMPD
UMPD
ƏQ
ƏQ
ƏQ
ƏQ
ƏQ
EHM
şəbəkəs
i
Terminal şəbəkəsi
İ N F O R M A T İ K A
____________________________________________________________ 395
Aşağıdakı şəkildə ATM kommutatorunun köməyi ilə üç mənbədən
(meynfreym, lokal şəbəkə və videokonfrans) qəbul edilən siqnalların ötürülməsi
texnologiyası göstərilmişdir. Göstərilən ABR (Available Bit Rate - Lazımlı bit sürətli
servis), VBR (Variable Bit Rate – Dəyişən bit sürətli servis), CBR (Constant Bit
Rate – Sabit bit sürətli servis) ATM şəbəkəsinin müxtəlif təbiətli siqnallarının
ötürülməsi üçün göstərdiyi xidmət növləridir.
ATM texnologiyasında müxtəlif təbiətli paketlər - kompüter, telefon və ya
videokanal paketləri çox kiçik ölçülü paketlərə bölünərək sistemin girişinə daxil
olur. Paketlərin uzunluğu 53 bayta bərabər olur ki, bunlardan 5 bayt başlığın
uzunluğu, 48 bayt isə verilənlər olur. Belə ATM paketləri oyuqlar adlanır. Bu
paketlər böyük sürətli kanalla istifadəçiyə ötürülür. Paketin belə kiçik olması onun
az vaxt ərzində ötürülməsinə imkan yaradır. Buna baxmayaraq ötürülmənin bir az
gecikməsi ötürmə tempinin aşağı düşməsinə səbəb olmur. Məsələn, prioritetli
multimedia sistemlərində onun paketləri ən pis halda 53 baytın ötürülmə vaxtı
qədər gecikə bilər, bu da 155 Meqabit/saniyə sürət rejimində 3 mikrosaniyəyə
(mks) bərabər olur ki, çıxışda bu heç hiss edilmir.
ATM şəbəkələrində müxtəlif təbiətli paketlərin eyni kanalla ötürülmə prinsipi
ATM şəbəkələrində sonuncu qovşaqlar şəbəkəyə xüsusi əlaqə xətləri
vasitəsilə qoşulur, kommutatorlar isə öz aralarında yüksək sürətli, tezlik
sıxlaşdırma qabiliyyətli əlaqə kanalları vasitəsilə birləşir. Hər bir kommutator ona
|