İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə292/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   288   289   290   291   292   293   294   295   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A 
____________________________________________________________ 
404 
Fred Koen 
1984-cü ilin sentyabrında Fred Koenin 
fayl virusların müxtəlifliyinin tədqiq edilməsinə 
həsr edilmiş məqaləsi çap edilir. Bu virus 
problemləri ilə bağlı ilk akademik tədqiqat idi. 
Virus terminindən istifadəni təklif edən Koenin 
elmi rəhbəri Len Edlman olub. Amma 
“kompüter virusu” termininin müəllifinin Fred 
Koen olduğu qəbul edilmişdir. Fred Koen isə 
özünün “Kompüter virusları ilə eksperimentlər” 
əsərində “kompüter virusu” termininin 
müəllifinin Len Edlman olduğunu göstərmişdir. 
Apple II üçün digər viruslar A&M Texass universitetinin tələbəsi Coo 
Dellincer tərəfindən 1981-ci ildə yaradılmışdı. Bu virus həmin komüterdə istifadə 
edilən MS DOS 3.3. -ə hesablanmışdı. Bu virusun ikinci versiyası onun müəllifinin 
xəbəri olmadan digərlərinin də əlinə keçir və bütün universitetə yayılır. Virusda 
olan səhv o vaxtlar CONGO adı ilə məşhur olan populyar oyunun qrafikasını 
korlayırdı. Nəticədə cəmi bir neçə həftə ərzində həmin proqramın bütün (pirat) 
nüsxələri işləyə bilməyən vəziyyətə düşürdü. Müəllif vəziyyəti düzəltmək üçün 
əvvəlki virusun əvəz edilməsi üçün nəzərdə tutulan yeni, səhvi düzəldilmiş virusu 
dövriyyəyə buraxır. Virusun mövcudluğunu yaddaşda “(GEN 0000000 TAMU)” 
yoluxma sayğacının $B6E8 sürüşməsi və ya yoluxmuş diskin sıfırıncı sektorunun 
sonunda olmasına görə aşkar etmək olurdu. 
Maraqlı cəhət odur ki, ilk viruslar piratlarla (quldurlarla) mübarizə məqsədi 
ilə yaradılmışdı. 1985-ci ildə 10 minlərlə kompüter Pakistanlı Əlvi qardaşları 
tərəfindən yaradılmış Brain virusuna yoluxmuşdu. Hiyləgər Əlvi qardaşları 
özlərinin proqram biznesini həyata keçirərək bilərəkdən öz proqram məhsullarını 
ziyanverici elementlə təchiz edib oğurluq nüsxələrdən istifadə edilməsinin 
qarşısını almağa çalışırdılar. Pakistan virusunun meydana çıxmasından keçən 10 il 
ərzində həmin virusun törəmələri bütün dünyaya yayıldı. Bu virusların təhlükəliliyi 
ondadır ki, istənilən proqramda (onun baş və icra faylında) mütləq şəkildə gizlənə 
bilir. Virusun kompüterə daxil olması və oradakı .com və .exe tipli faylları 
yoluxdurması üçün proqramı tək bir dəfə işə buraxmaq kifayətdir. 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   288   289   290   291   292   293   294   295   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin