İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR


POLİMORFİZM – VİRUSLARIN MUTASİYASI



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə308/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   304   305   306   307   308   309   310   311   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

POLİMORFİZM – VİRUSLARIN MUTASİYASI 
İlk polimorfik virus – “Chameleon” keçən əsrin 90-cı illərinin əvvəllərində 
meydana çıxmışdır. Lakin polimorfik virus problemi yalnız 1991-ci ilin aprelində 
ciddi şəkil aldı. Bu, “Tequila” adlı polimorfik virusun dünyanı bürüyən epidemiyası 
ilə bağlı idi. 1994-cü ildə Rusiya “Phantom1” adlı polimorfik virus epidemiyası ilə 
üzləşdi.
Özünü şifrləyən polimorfik viruslar ideyasının populyarlaşması polimorfik kod 
generatorunun meydana çıxması tarixi ilə - 1992-ci ilin əvvəlində məşhur 


İ N F O R M A T İ K A 
____________________________________________________________ 
420 
“Dedicated” virusunun peyda olması ilə bağlı idi. Sözügedən virus MtE adlı ilk 
polimorfik generatorda yerləşdirilmişdi. Çox keçmədi ki, həmin polimorfik 
generator obyekt modula (OBJ-fayla) çevrildi. Beləliklə, adi virusun OBJ-fayla 
keçirilməsi ilə polimorfik-mutant almağa imkan yarandı.
1993-cü il polimorfik virusların kütləvi istehsalı ili oldu. Nəticədə: Bootache, 
CivilWar (dörd versiyada), Crusher, Dudley, Fly, Freddy, Ginger, Grog, Haifa, 
Mochtezuma (iki versiyada), MVF, Necros, Nukehard, PcFly (üç versiyada), 
Predator, Satanbug, Sandra, Shoker, Todor, Tremor, Trigger, Uruguay (səkkiz 
versiyada) və s virusları yarandı. 
Polimorfik viruslarla yanaşı, polimorfik generatorlar da inkişaf etdirilir və 
təkmilləşdirilirdi. 1993-cü ildə artıq 7 polimorfik kod generatoru mövcud idi: MTE 
0.90 (Mutation Engine), TPE-nin (Trident Polymorphic Engine) 4 müxtəlif 
versiyası, NED (Nuke Encryption Device), DAME (Dark Angel’s Multiple 
Encryptor). 
O vaxtdan bəri hər il bir-neçə polimorfik generator yaradılır. 
1992-ci il, iyulun 5-də IBM PC üçün ilk virus kodu konstruktoru – VCL (Virus 
Creation Laboratory) yarandı. Bu da virus istehsalının avtomatlaşdırılması demək 
idi. Bu konsrtuktor 10-15 dəqiqə ərzində 30-40 müxtəlif virus istehsal etmək 
iqtidarında idi.

Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   304   305   306   307   308   309   310   311   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin