İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR


TƏHLÜKƏSİZLİYƏ QARŞI VİRUS



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə309/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   305   306   307   308   309   310   311   312   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

TƏHLÜKƏSİZLİYƏ QARŞI VİRUS 
HƏDƏLƏRİNİN TİPLƏRİ 
Antivirus təhlükəsizliyinə qarşı virus hədələrinin əsas növləri ziyankar 
proqram təminatlarının müxtəlif tipləri ilə reallaşdırılır. Ziyankar proqram təminatı 
dedikdə, kompüter virusları və “troya atı”, adware, spyware və s. tipli proqramlar 
nəzərdə tutulur. 
Virus – kompüter mühitində sərbəst surətdə yayıla bilən xüsusi hazırlanmış 
proqram kodudur. Hal-hazırda virusların aşağıdakı tipləri fərqləndirilir: fayl 
virusları, yükləyici viruslar, “şəbəkə qurdları”, bədənsiz viruslar və həmçinin 
kombinə edilmiş viruslar. Bu virus tiplərinin hər biri daşıyıcı növünə və yayılma 
(yoluxma) metoduna görə bir-birindən fərqlənir.
“Troya atı” tipli proqram da ziyankar proqram kodu olsa da viruslardan 
fərqli olaraq sərbəst surətdə yayıla bilmir. Bu proqram kodu sistemin ştatda olan 
proqram təminatı altında gizlənərək məsafədən icazəsiz müdaxilə imkanı yarada 
bilir. Yəni “troya atı” hansı kompüterə qurulursa, həmin kompüterdəki istənilən 
informasiyanı oğurlamaq imkanı yaradır.
Spyware tipli ziyankar proqram təminatı istifadəçinin gördüyü iş barədə 
informasiya toplamaq üçün nəzərdə tutulmuşdur. Belə informasiyaya nümunə 
olaraq istifadəçinin müraciət etdiyi İnternet saytlarının siyahısı, onun işçi 
stansiyasında qurulmuş proqramların siyahısı, elektron poçtla ötürülən 
məlumatların məzmunu və s göstərilə bilər. Toplanan informasiya spyware 


İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 421 
proqramları ilə əvvəlcədən təyin edilmiş ünvana ötürülür. Beləliklə, spyware 
proqram təminatı potensial olaraq məxfi informasiyanın sızması kanalı kimi işləyir. 
Adware proqram təminatı istifadəçilərin işçi stansiyalarında reklamların 
görünməsini təmin etmək üçün nəzərdə tutulmuşdur. Bu proqram təminatı 
bilavasitə ziyankar olmasa da, spyware proqram təminatının ziyankar əməllər 
törətməsi üçün şərait yarada bilir. 
Bir qayda olaraq, virus hədələri öz həyat tsiklinin 4 mərhələsinin birində ola 
bilir. 
Birinci mərhələ sistemin zəif yerinin təyin edilməsidir. Zəif yer həm təşkilati-
hüquqi, həm də proqram-aparat təminatı ilə bağlı ola biləndir. 
İkinci mərhələ sistemin zəif yerindən virus hücumu üçün istifadə edilməsidir. 
Bu mərhələdə virus hostlardan birini yoluxdurur. 
Üçüncü mərhələ virusun işə başlamasıdır. Bu mərhələdə hədəf kompüter 
arzuolunmaz davranışlara başlayır. 
Dördüncü mərhələ virusun kompüter mühitində yayılmasıdır. Bu mərhələdə 
növbəti kompüterin zəif yeri təyin edilir və yuxarıdakı mərhələlər növbəti 
kompüterdə həyata keçirilir.

Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   305   306   307   308   309   310   311   312   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin