İ N F O R M A T İ K A ____________________________________________________________
424
dəfə 1975-ci ildə The Creeper adlanan şəbəkə virusu yayılmağa başlayır. Virusun
müəllifi BBN (Bolt Beranek and Newman) kompaniyasının əməkdaşı Bob Tomas
olmuşdur. Proqram yerini serverlər arasında müstəqil dəyişə bilirdi. Kompüterə
daxil olandan sonra ekrana “I'M THE CREEPER... CATCH ME IF YOU CAN” (“Mən
Kriperəm...bacarsan məni tut”) məlumatı çap edilirdi. Mahiyyət etibarilə bu
proqram virus deyildi. Ona görə ki, nə destruktiv, nə də casus xarakterli
əməliyyatlar yerinə yetirilmirdi.
1975-ci ili antivirus proqramlarının yaradılması tarixi kimi də xarakterizə
etmək olar. Belə ki, həmin ildə BBN kompaniyasının digər əməkdaşı Rem
Tomlinson The Creeper virusunun təsirini aradan qaldırmaq üçün nəzərdə tutulan
The Reepet adlanan xüsusi antivirus proqramı yazır. Proqram virusu tapan kimi
onun fəaliyyətini dayandırırdı.
Həmin vaxtdan etibarən kompüter virusları və antivirus vasitələri arasında
belə demək caizsə silahlı qarşıdurma və ya yarış davam edir.
Yurgen Kraus
1980-cı
ilin
fevralında
Dortmund
universitetinin
tələbəsi
Yurgen
Kraus
“Özüçoxalan
proqramlar”
mövzusunda diplom işi yazır. Bu
diplom
işində
nəzəri
mülahizələrlə
bahəm
ciddi
özüçoxalan proqramların mətni
də verilmışdi. Əslində bu
proqramlar
Siemens
kompüterlər
üçün
virus
proqramlar deyildi.
QEYD : Bəzi texniki ədəbiyyatlarda ilk kompüter viruslarının yaradılmasını
səhv olaraq 1970-ci və hətta 1960-cı illərə aid edirlər.
Belə yazılarda adətən Animal, Creeper, Cookie Monstr və Xerox worm kimi
proqramlar virus proqramları kimi təqdim edilir.
Fərdi kompüterlər üçün ilk məşhur viruslar Virus 1,2,3 və Elk Cloner
proqramları hesab edilir. Bu virusların hər ikisi funksionallığına görə çox oxşar idi
və bir-birindən aslı olmadan kiçik vaxt fərqi ilə 1981-ci ildə yaradılmışdı.
1977-ci ildə ipk Apple Fərdi Elektron Hesablama Maşınının və şəbəkə
strukturunun yaradılması ilə kompüter virusları tarixinin yeni dövrü başlanır. Bu
dövrdə troyan vandal proqramları da yaradılır. Belə proqramlar öz destruktiv