İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə313/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   308   309   310   311   312   313   314   315   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 425 
fəaliyyətini müəyyən qədər vaxt keçəndən sonra və ya müəyyən şərtlər ödənəndə 
yerinə yetirirdi.
1987-ci ildə amerikalı proqramçı Ralf Berger viruslarla mübarizə metodları 
haqqında kitab yazır. Bu kompüter virusları tarixində mühüm mərhələ oldu.
1990-cı illərin ortalarından başlayaraq kompüter virusları əleyhinə mübarizə 
getdikcə güclənir. ABŞ və İngiltərə kimi ölkələrdə kompüter virusları yazan və 
onları yayanlara qarşı bir sıra səs-küylü məhkəmə prosesləri aparılır. 
Təqsirləndirilənlər cərimələnir və cərimələrin məbləği getdikcə artırılır. Antivirus 
proqram təminatı daim təkmilləşdirilir, virusların yayılmasının və dağıdıcı 
fəaliyyətinin qarşısının alımasında onların rolu xeyli gücləndirilmiş olur. 
Antivirusdan söhbət gedirsə bu sahədə ən görkəmli simalardan birinin 
Yevgeniy Kasperski olduğu şübhəsizdir.
1989-cu ildə məxfi dövlət Elmi Tədqiqat İnstitutunun əməkdaşı olan 
Y.Kasperskinin kompüterinə Cascade virusu düşür. Kacperski virusu aradan 
qaldırmaq üçün həyatında birinci dəfə antivirus proqramı yazır. Bu iş ona çox 
maraqlı gəlir və o bu problemlə ciddi məşğul olmağa başlayır. O bir sıra iri 
kontraktlardan xeyli vəsait qazanır və gəlirinin çox hissəsini biznesin inkişafına 
xərcləyir.
Y.Kaspersknin kompaniyası 1997-ci ilin iyun ayından fəaliyyət göstərir. 
Antivirus sahəsində Y.Kasperski dünyanın aparıcı ekspertlərindən biridir. Onun 
yaratmış olduğu “Kasperskinin Laboratoriyası” mərkəzi ofisi Mockvada yerləşən 
beynəlxalq kompaniyalar qrupudur. Kompaniyanın İngiltərə, Çin, Fransa, ABŞ, 
Almaniya, Rumıniya, Yaponiya, Cənubi Koreya, Niderland, Polşa, Birləşmiş Ərəb 
Əmirlikləri və Kanadada nümayəndəlikləri var. Kampaniya özünün partnyorlar 
şəbəkəsində dünyanın 60-dan çox ölkəsində yerləşən 500-dən çox kompaniyanı 
birləşdirir.
“Kasperskinin Laboratoriyası” kompüter viruslarından, spamlardan və xaker 
hücumlarından müdafiə sistemlərinin yaradılması üzrə ixyisaslaşmışdır. Bu 
kompaniya İnternetlə yayılan təhlükələrdən informasiyanın müdafiə edilməsi üçün 
tətbiq edilən proqram təminatının satışından əldə edilən gəlirin həcminə görə
dünya üzrə beş aparıcı kompaniyadan biridir. Kompaniya genişlənir və inkişaf 
edir. Bu laboratoriyanın təkcə Moskva ofisində çalışan əməkdaşlarının sayı 1500-
dən, əməkdaşlarının ümumi sayı isə 2500-dən çoxdur.
Kasperskinin laboratoriyası həm adi, həm də ixtiyari miqyasa malik olan 
korporativ şəbəkələrdə informasiyanın təhlükəsizliyini təmin edən proqram 
təminatı hazırlayır. Kompaniyanın məhsullarından Windows, Linux, Mac və s. kimi 
populyar əməliyyat sistemlərində də istifadə edilir. Kasperskinin antivirus 
proqramının nüvəsindən Microsoft (ABŞ), Cheek Point Softwre Texnologies (İsrail, 
ABŞ), Juniper (ABŞ), Nokia İCG (ABŞ), F-Secure (Finlandiya), Aladdin (İsrail), 
Subari (ABŞ), Deerfield (ABŞ), Alt-N (ABŞ), Microworld (Hindistan), BorderWare 
(Kanada) və s. kompaniyalar öz məhsullarının hazırlanmasında istifadə edirlər.
“Kasperskinin Laboratoriyası” kompaniyasının məhsulları Microsoft, IBM, Intel, 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   308   309   310   311   312   313   314   315   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin