İ N F O R M A T İ K A ____________________________________________________________ 427
Disk kənarında xəstəxana). Antivirus NOD32 32 və 64 mərtəbəli Windows
əməliyyat sistemlərini himayə edir. Bu antivirus sistemi asinxron yoxlaya bilir.
Antivirus makrovirusu tapmaq üçün MS Word və Excel faylların daxili quruluşunu
təhlil edir. NTFS fayl sistemini himayə edir.
1989-cu ildə Con MakAfi ABŞ-da öz antivirus kompaniyasını yaradır. Bir neçə
aylıq gərgin işdən sonra McAfee VirusScan antivirus proqramı yaradılır.
Kompaniya antivirusu istifadəçilərə pulsuz verirdi. Ona görə də bu kompaniya
əvvəlcə Kaliforniya ştatında, sonra da bütün ölkədə istifadəçilərin çox böyük
məhəbbətini qazandı.
Panda kompaniyasının əsası 1990-cı ildə Mikel Urizarbarren tərəfindən
İspaniyanın Bilbao şəhərində qoyulmuşdur.
Panda Security antivirus proqramı minimal resurslardan istifadə etməklə
virusdan səmərəli mudafiənin həyata keçirilməsini təmin edə bilir. Panda
firmasının məhsulları məişət və korporativ kompüter istifadəçilərin informasiya
təhlükəsizliyini təmin edir. Bu kompaniyanın dünyanın 200-dən çox olkəsində
müştəriləri, 50-dən çox olkəsində isə ofisləri var.
Antivirus Panda faktiki iki moduldan ibarətdir – Panda Ultrafast və Panda
SmartClean2. Birinci modul - süni intellekt, bəzi texnologiyalarından və
mexanizmlərindən istifadə etməklə virusları tapır və zərərsizləşdirir. İkinci modul
isə virusun törətdiyi nəticələri aradan qaldırır.
AVAST kompaniyasının əsası 1991-ci ildə Çexoslovakiyada qoyulmuşdur.
Kompaniyanın baş ofisi Praqada yerləşir.
Avast! antivirus proqramı Windows, Lınux, Mac OS əməliyyat sistemləri,
həmçinin Palm, Android və Windows CE platformalı kompüterlərdə (cibdə
gəzdirilən fərdi kompüterlərdə) isifadə edilə bilir. Evdə - yəni məişətdə istifadə
etmək üçün antivirusun Free-pulsuz; Pro, Internet Security və Premier kimi pullu,
lakin qeyri-kommersiya məqsədi ilə istifadə edilən variantları buraxılır. Anivirusun
orta və böyük biznes üçün Endpoint Protection, Endpoint Protection Plus,
Endpoint Protection Suite və Endpoint Protection Suite Plus kimi versiyaları
mövcuddur. Antivirusun serverlər üçün File Server Security və Email Server
Security kimi versiyaları vardır. Avast antivirus proqramı ICSA Labs (təhlükəsizlik
məhsullarının o cümlədən antivirusların tədqiqi, sınaqdan keçirilməsi və
sertifikatlaşdırılması ilə məşğul olan) beynəlxalq assosiasiyanın sertifikatını
almışdır.