İ N F O R M A T İ K A
____________________________________________________________
422
Antivirus təhlükəsizliyinin təmin edilməsində normativ-metodiki, texnoloji və
kadr təminatları mühüm rol oynayır.
Normativ-metodiki təminat nəzərdə tutmalıdır ki, virus hücumlarından
müdafiə sahəsində balanslaşdırılmış hüquqi baza yaradılsın. Bunun üçün
şirkətdaxili normativ sənədlər kompleksi işlənib hazırlanmalıdır.
Kadr təminatı çərçivəsində şirkət virus hücumlarına qarşı lazımi tədbir görə
bilən əməkdaşlardan istifadə etməli və mövcud əməkdaşları
bu sahədə
bilikləndirməlidir.
Texnoloji təminat, viruslardan müdafiə üzrə nəzərdə tutulan bütün digər
tədbirlərlə yanaşı, əsas diqqəti səbəkə ekranlaşdırmasına yönəltməlidir. Bu,
istifadəçilərin işçi stansiyalarını şəbəkə viruslarının
hücumundan qorumaq üçün
potensial təhlükəli paketlərin filtrlənməsi yolu ilə əldə edilir.
İlk antivirus proqramları CHK4BOMB və BOMBSQAD 1984-cü ilin qışında
yaradılmışdır. Onları amerikalı proqramçı Endi Hopkins (Andy Hopkins) yazmışdı.
Kompüterdəki informasiyanı virus hücumlarından müdafiə edə biləcək ıik antivirus
proqramı 1985-ci ildə meydana çıxmışdır. DRPROTECT adlanan proqram
proqramçı Ci Vonqun (Gee Wong) böyük zəhməti bahasına əmələ gəlmişdi.
Yaradılmış proqram kompüterdə BIOS-dan keçərək
yerinə yetirilən bütün
əməliyyatları (informasiyanın yazılmasını, formatlama əməliyyatlarını) bloklama
qabiyyətinə malik idi. İş prosesində belə əməliyyat
əmələ gəldikdə proqram
sistemin yenidən yüklənməsini tələb edirdi.
Endi Hopkins
Ci Vonq
Aşağıdakı cədvəldə XXI əsrdə ən çox yayılmış kompüter virusları haqqında
informasiya verilmişdir.