İ N F O R M A T İ K A ____________________________________________________________
426
Cisco Systems, Red Hat, Citrix Systems, Novell və s. kimi dünyanın aparıcı aparat
və proqram təminatı istehsalçılarının sertifikatlarını almışdır.
1990-ci illərin əvvəllərinə kimi antivirus proqramları virus kodunun
nümunələrindən (onlarla siqnaturadan) ibarət olurdu. 1992-ci ildə polimorf kod
generatoru MtE meydana gələndən sonra istənilən proqramçı daim dəyişən kodla
polimorf virus yarada bilirdi. Belə vəziyyətdə kod emulyatorundan istifadə etmək
zərurəti yaranmışdı. Sistem polimorf virusun şifrlənən hissəsini açıb virusun daimi
hissəsini müəyyən etməli idi. Emulyatora malik ilk antivirus proqramını da (AVP)
Yevgeniy Kasperskiy yaradır. Həmin dövrdə kod emulyatorlarından başqa
kriptotəhlil, statistik təhlil, evristik təhlil və davranış blokiratorları kimi virusdan
müdafiə sistemləri yaradılır.
1998-ci ildə iki amerikalı yeniyetmənin yaratdıqları virus ABŞ müdafiə
nazirliyinin 500-dən çox kompüterinə yoluxandan və nəticədə nazirliyin işi praktik
olaraq iflic vəziyyətinə düşəndən sonra dövlət də, cəmiyyət də başa düşməyə
başladı ki, kompüter viruslarının törədə biləcəyi təhlükə kütləvi qırğın silahlarının
törətdiyi təhlükədən az olmaya bilər.
Bundan sonra əvvəlcə Pentaqon, onun ardınca isə bütün iri korporasiyalar
keyfiyyətli və etibarlı antivirus proqram təminatına sifarışləri artırırlar.
Bu da daha keyfiyyətli antivirus proqram təminatı vasitələrinin yaradılmasını
stimullaşdırırdı.
Bu cür vəziyyət dolayı yolla müxtəlif sahələrdə, o cümlədən şəbəkələrdə
informasiya təhlükəsizliyi sisteminin inkişafında müsbət rol oynadı. Yəni insanlar
anlamağa başladılar ki, təhlükə təkcə viruslardan yaranmır.
Windows əməliyyat sistemi yaranandan və İnternetdən istifadə
genişlənəndən sonra kompüter virusları ilə mübarizə daha da kəskin şəkil alır.
Hazırda düyada antivirus proqram təminatının işlənib hazırlanması ilə 60-a qədər
kompaniya məşğul olur.
Microsoft Securiti Essentials pulsuz antivirusdur. Bu antivirus öz imkanlarına
görə pullu antiviruslsrdan geri qalmır. Hal-hazırda demək olar ki, kompüter
istifadəçilərinin hamısı daim virus bazaları ilə yenilənən antivirus vasitələrindən
istifadə etmək məcburiyyətindədir.
Dr.Web antiviruslar ailəsi poçt və şəbəkə soxulcanlarından, putkitlərdən
(aşkar və ləğv edilməsi daha mürəkkəb olan viruslardan), fayl viruslarından,
troyan proqramlarından, stels-viruslardan, polimorf viruslardan, cansız (cisimsiz)
viruslardan, makroviruslardan, MS Office sənədləri yoluxduran viruslardan, casus
proqram təminatından, parol oğurlayan proqramlardan, klaviatura casuslarından,
pullu zəng proqramlarından, reklam proqram təminatından, potensial təhlükəli
proqram təminatından, xaker utilitlərindən və s. mudafiə üçün nəzərdə
tutulmuşdur.
Antivirus ESETNOD32. 1988-ci ildə Çexoslovakiya televiziyası ilə “Şəhər
kənarında xəstəxana” adlı maraqlı serial göstərirdilər. İlk kompüter viruslsrı da
diskin kənarinda yerləşən boot-sektora hücum edirdilər. Antivirusun adındakı NOD
abbreviaturası da bundan götürülmüşdür. NOD (Nemocnica na Okraji Disku və ya