İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə52/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   48   49   50   51   52   53   54   55   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

gözəgörünməz əl ilə
bir-birinə bağlansa da, yeni iqtisadiyyatda nə 
sərbəst istehsalçı, nə də sərbəst istehlakçı var. Hamı bir-biri ilə həm məntiqi
həm də fiziki şəkildə birbaşa bağlıdir. 
Beləliklə, yeni iqtisadiyyat bilik iqtisadiyyatıdır. Biliyi olmayana yeni dünyada 
yer olmayacaqdır. 
QEYD
:
 
Konqlomerat
firmaların birləşməsidir. Konqlomeratlar inkişaf edən 
bazarlara, həmçinin çox sahəli şirkətlərə məxsusdur. Konqlomeratlar müxtəlif 
sahələrdə istehsala, satışa malik olmayan bir neçə onlarla xırda və orta firmaların 
böyük şirkət tərəfindən mənimsənilməsi yolu ilə yaranır. Konqlomeratlar ictimai 
şirkətdir, onların aksiyaları fond birjalarında yerinə yetirilən sövdələşmədə iştirak 
edir. 
Offşor
vergidən tamamilə azad olunmuş və nəzarət zəif olan ölkələrə 
(zonalara) deyilir. Belə ölkələrdə qanunvericilik həm şirkətin təsisçilərini, həm də 
maliyyə mənbələrini gizlətməyə imkan verir. Vergidən yayınmaq istəyən pullu 
şəxslər öz kapitalını belə zonalarda saxlayırlar. 
Offşor ərazilərin müəyyənləşdirilməsi ilə Beynəlxalq Valyuta Fondu məşğul 
olur. Hazırda fondun siyahısında 26 dövlət var. Kipr, Panama, Makao və başqaları 
offşor ölkələr sayılır. Dünya birliyi offşor ərazilərə nəzarəti gücləndirməkdədir. 


İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 53 
 
F Ə S İ L IV. İNFORMASİYA EMALININ TEXNİKİ 
VASİTƏLƏRİ 
İnsan özünü və ətraf mühiti dərk etməyə başladığı andan hesablamalar 
aparmağa ehtiyac duymuşdur. Lap qədim zamanlardan bəri insanlar ətrafında 
olan müxtəlif əşyaların miqdarını bilmək üçün bir-birindən fərqlənən sayma 
üsulları axtarıb tapmağa çalışırdılar. İnsanlar üçün ən səmərəli üsul əl və ayaq 
barmaqları ilə saymaq üsulu olmuşdur. Çünki ibtidai insanlara digər say 
üsullarında olduğu kimi xırda daşları və ya ağac parçalarını gəzdirmək tələb 
olunmurdu. İbtidai insan yaşadığı tayfada istifadə etdiyi heyvanların sayını əl 
barmaqlarını açıq saxlamaqla digərinə bildirirdi. Bəs sayılanların sayı ondan artıq 
olduqda ibtidai insan nə edirdi? Bu halda yəqin ki, ibtidai insan tayfa yoldaşını 
köməyə çağırıb saymanı davam etdirmək üçün onun da əl barmaqlarından 
istifadə edirmiş. Barmaqlarla saymağın əsas nöqsanı hesablama zamanı alınmış 
nəticəni uzun müddət “yadda saxlamaq” imkanının mümkün olmaması idi. 
Barmaqların məhz bu “nöqsanı” hesablama nəticələrini “yadda saxlaya” bilən alət 
yaradılmasını ibtidai insanlar üçün zəruri etdi. Beləliklə onların qarşısında müxtəlif 
say alətləri düzəltmək problemi durdu. 
Çubuğun üzərində xətlər çəkilir və xətlərin sayı ilə hesabatlar aparılırdı. Bir 
çox şərq xalqları hesablamaları aparmaq üçün düyünlənmiş iplərdən istifadə 
edirdilər. Ədədlərin cəmlənməsi müfafiq sayda düyünlərin vurulması ilə, çıxılması 
isə əksinə, düyünlərin açılması ilə həyata keçirilirdi. Lakin nə üzərində xətlər olan 
çubuqlar, nə də ki, düyünlənmiş iplər aparılan sadə hesablamalarda insanın 
tələbatını ödəyə bilmirdi. 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin