İ N F O R M A T İ K A
____________________________________________________________ 55
Barmaqların köməkliyi ilə hesablamanın aparılması
QEYD
: Dünyanın bir çox xalqları,
o cümlədən çinlilər, farslar, hindlilər,
perulular və digərləri ədədləri göstərmək üçün iplərlə yanaşı dəridən hazılanmış
nazik formaya malik kəmərlərə də düyünlər vurmaqdan istifadə etmişlər.
Qeyd etmək lazımdır ki, qəbilələr və tayfalar arasında ticarətin inkişafi ilə
əlaqədər iplərə və kəmərlərə vurulan düyünlər
hesablamalar aparmaq üçün
insanların tələbini ödəmirdi. Bu baxımdan da hesablamanın yazıların köməkliyi
aparılması məsələsi gündəmə gəlirdi. Hesablamaların bu şəkildə aparılmasına iki
əsas məsələ maneçilik edirdi: birincisi – hesablamaların nəticəsini qeyd etmək
üçün perqamentin hazırlanması mümkün deyildi (perqament bizim eranın V
əsrində yaradılmışdır), ikincisi – hesabatları aparmaq
üçün ö dövrdə istifadə
olunan say sistemləri mükəmməl deyildi və müəyyən hesablamaları aparmaq
həddindən artıq mürəkkəb idi. Odur ki, insanlar qarşısında bu səpkidə işləri
həyata keçirmək üçün xüsusi hesablama aləti –
qədimdən məşhur olan
hesablama aləti abak - hazırlamaq problemi dururdu.
İ N F O R M A T İ K A
____________________________________________________________ 57
Ən qədim say aləti abak olmuşdur. Abak təxminən 4-5 min il əvvəl Asiya
qitəsində (güman edilir ki, Cində)
düzəldilmiş, onun müxtəlif növləri isə uzun
müddət Misir, Vavilion,
Hindistan, Yaponiya, Yaxın Şərqdə (oradan Yunanıstana
və Romaya gətirilmişdir) və Rusiyada yeganə hesablayıcı alət olaraq işlədilmiş və
nəhayət müxtəlif dəyişikliklərə uğrayaraq,
çötgə
adı
ilə dövrümüzə qədər gəlib
çatmışdır (alətdən uzun müddət ərzində, təxminən keçən əsrin 60-cı illərinə kimi
bizim ölkəmizdə də istifadə edilmişdir). Bu alətdə istifadə olunan daşları qədim
yunanlar kalkul adlandırmışlar. Söz müxtəlif xalqların dilinə daxil olmuş,
hesablama alətinə isə sözə uyğun olaraq kalkulyator demişlər.
Çində bu alət
suan-pon (hesablama lövhəsi), Yaponiyada isə sorobon adlandırılmışdır.
Ən qədim say aləti abak
QEYD
: Qədim Romada abak alətində istifadə edilən daşları (diyircəkləri)
bürüncdən, sümükdən və rəngli şüşədən hazırlayırdılar. Alət üzərində xüsusi
hazırlanmış novlarda həmin sümükləri (daşları) hərəkət etdirirdilər. Romalılar
alətdəki həmin daşları
Dostları ilə paylaş: