İ N F O R M A T İ K A
____________________________________________________________ 59
Uzun illər ərzində dəyişikliyə məruz qalmış ərəb rəqəmlərinin yazılışı
Ərəb dilində “sıfır” sözü boşluğu ifadə edir (sanskrit sözü olan “sunya”da
həmin mənanı verir). XV əsrdə latın termini “nul” meydana çıxır (nullum – heç bir
şey, heç nə anlamını verir) və buna baxmayaraq “sıfır” sözü XVII əsrə kimi öz
mənasını itirməyir.
Rusiyada da “nul”u ifadə etmək üçün “sıfır” sözündən istifadə edirdilər.
1703-cü ildə dövrünün sayılan alimlərindən olan Maqnitski yazdığı “Arifmetika”
əsərində hesablama aparmaqdan ötrü 1,2,3,4,5,6,7,8,9,0 rəqəmlərindən istifadə
olunmasndan söhbət açırdı, amma sonuncu rəqəmin heç bir məna kəsb
etmədiyini də qeyd edirdi.
Vena şəhərində İstanbuldan gətirilmiş XV əsrə aid əlyazmada yunan
rəqəmlərinin (“sıfır”dan istifadə olunmaqla) işarələri göstərilir. Ərəb traktaktlarının
latın dilinə çevrilmiş yazılarında isə “0” işarəsi circulus (dairə) adlandırılır.
Maya təqvimində ayın günlərinin sayılması sıfır ilə başlayırdı (onlar “sıfır”ı
Axay adlandırırdılar).
İndiki zamanda hamıya təəcüblü gələr ki, o dövrdə avropa riyaziyyatçıları
“sıfır” haqqında heç bir məlumata malik deyildilər. Sıfır haqqında
məlumatlandıqda belə onlar bu rəqəmdən istifadə etməməyə çalışırdılar. Avropalı
alimlərin fikri belə idi – heç bir məna kəsb etməyən rəqəm kimə lazımdır, çünki ilk
avropa hesablama sistemi sıfır tələb etmirdi. Bununla yanaşı o dövrdə istifadə
olunan mövqesiz say sistemində “sıfır”dan istifadəyə ehtiyac duyulmurdu
İ N F O R M A T İ K A
____________________________________________________________
60
(məsələn, 20 rəqəmi XX kimi, 30 rəqəmi XXX və s. göstərilirdi).
Maya hesab sistemində “sıfır”ın (boş balıqqulağı) işarəsi
Mövqeli say sistemindən ilk istifadə edənlər babililər olmuşdur. Buna əsas
səbəb “sıfır”ın onlar tərəfindən “aralıq” kimi göstərilməsi idi. Babililər aralığı sıfır
ilə əvəz etdikdən sonra ədəddə hər yeni gələn mərtəbənin öndəkindən on dəfə
böyük olduğunu qeyd edirlər.
Qeyd etmək lazımdır ki, hal-hazırda istifadə olunan mövqeli say sistemi bizə
babililərdən miras qalmışdır.
İtaliyalı rahib Beda Dostopoçtennıy ədədlərin barmaqların köməyi ilə
milyona qədər təsvir olunmasını və onlar üzəründə riyazi əməllər aparılmasına
dair elmi əsərində yazırdı: “Dünyada müəyyən çətinliklərlə yerinə yetirilən işlər
var, amma bu işlərdən ən çətini dörd riyazi əməli yerinə yetirməkdir”.
QEYD
: Hal-hazırda istifadə olunan riyazı işarələrin yaranma tarixi çox da
uzaq keçmişə gedib çıxmır.
Məsələn, “=” işarəsindən istifadəni 1557-ci ildə ingilis Robert Rikord
hazırladığı “Cəbr” dərsliyində təklif etmişdir.
Cəbr ərəb sözüdür, zorakılıq, əzici, məcburiyyət mənasında işlədilir.
“+” və “-” işarələrindən keçmiş zamanlarda şərabçılar hazırladığı çaxırı
satmaq üçün ölçü vahidi kimi istifadə edirlərmiş. Latınca cəmi işarə etmək üçün
“a et b” işarəsindən istifadə edilirmiş, sonralar yazı tədricən qısaldılaraq “a t b”
kimi, daha sonra isə “a+b” kimi yazılırmış. Hesab kitablarında işarələrin yerinə
latın hərflərindən istifadə edilməsi barədə də məlumat verilir. Hesablamada
istifadə edilən “plyus” – p kimi, “minus” isə - m kimi istifadə olunurmuş.
Vurma və bölmə əməliyyatlarını yerinə yetirən “.” və “:” işarələri alman
riyaziyyatçısı Leybnis tərəfindən təklif olunmuşdur və XVII əsrdən başlayaraq
istifadə olunmağa başlanıldı. İşarələrdən istifadəyə qədər vurmanı M
(multiplication) kimi, bölməni isə D (division) kimi hərflərindən istifadə etməklə
|