İ N F O R M A T İ K A
____________________________________________________________
76
Amerika
alimləri Con Fon Neyman, German Qoldstayn,
Con Moçli və Presper
Ekkert tərəfindən verilmişdir. Bu nəzəri əsasların praktiki reallaşdırılması isə ilk
dəfə olaraq 1946-cı ildə ABŞ-da elektron lampalı elementlərdən istifadə etməklə
qurulan “ENIAK” adlı universal kompüterin yaradılması ilə həyata keçirildi.
“ENIAK” elektron rəqəm hesablama maşınının ağırlığı 30 ton, hündürlüyü 6
metr, eni 4 metr, tutduğu ümumi sahə isə 120 kvadratmetrə bərabər idi.
Hesablama maşınında 18 000 elektron lampalarından, onmərtəbəli onluq ədədləri
yaddaşında saxlaya bilən 20 ədəd reqistrdən istifadə olunurdu. Maşın 5 000 riyazi
əməliyyatı saniyə ərzində yerinə yetirirdi. Proqram maşına mexaniki açarların və
elastik ştekerli kabellərin köməyi ilə əl ilə daxil edilirdi (elastik kabellər lazımı
yuvalara istifadəçi tərəfindən taxılırdı). Bu baxımdan
da proqramda həyata
keçirilən istənilən dəyişikliklər həddindən artıq vaxt və işçi qüvvəsi tələb edirdi.
Sonrakı illərdə, təxminən 1944-cü ildə, Con Mouçli və Presper Ekkert EDVAC
(Electronic Discrete Automatic Variable Computer - Diskret təsirli
parametrləşdirilmiş avtomatik elektron hesablama maşını) adlı
hesablama
maşınının yaradılması ilə məşğul olmağa başlayırlar. Uzun illər boyu nəticə
verməyən bu yaradıcılıq işi 1952-ci ilə kimi davam edir. Hesablama maşını
ikilik
say sistemində işləyirdi. Yaddaşının tutumu 5 000 yuva (hər yuvaya 44 bit
informasiya yerləşirdi) olan maşında yaddaş kimi civəli gözləmə xəttindən istifadə
olunurdu. Hesablama maşınının əmrlər sistemi dörd ünvanlı idi. Toplama
əməliyyatı 0,001 saniyəyə, vurma əməliyyatı isə 0,002 saniyəyə yerinə yetirilirdi.
Hesablama maşınının əsas diqqəti cəlb edən xüsusiyyəti
onda istifadə olunan
proqramın onun daxilində yerləşən operativ yaddaşda yerləşdirilməsi idi.
O vaxtdan başlayaraq kompüterlər (Elektron Rəqəm Hesablama Maşınları)
yüksək sürətlə inkişaf etməyə başladı.
Con Fon Neyman, German Qoldstayn, Con Mouçli və Presper Ekkert
Kompüterlərin yarandığı vaxtdan indiyə qədər keçdiyi inkişaf tarixini
müəyyən xüsusiyyətlərlə səciyyələnən mərhələlərə (nəsillərə) bölmək olar.
I nəsil
(1945-1959-cu illər). Birinci nəsil hesablama maşınlarının
arxitekturası Con fon-Neyman prinsiplərinə əsaslanır.
Prinsipə əsaslanaraq