İ N F O R M A T İ K A
____________________________________________________________ 81
İlk hazırlanmış inteqral sxem və onun üzərində qurulmuş
elektron hesablama
maşını (1965-1980-cı illər)
Müxtəlif xarakteristikalı inteqral
sxemləri
QEYD
: 7 may 1952-ci ildə ingiltərəli radiotexnik Ceffri Dammer çoxlu sayda
standart elektron komponentlərin bir monolit yarımkeçerici
kristalda toplanaraq
inteqrasiya etməsi ideyasını irəli sürür. İki il sonra isə Harvik Conson bu sahədə
ilk dəfə olaraq inteqral sxemə patent alır. Sonrakı illərdə demək olar kı, bu sahə
tamamilə unudulur.
1958-ci ilin axırları, 1959-cu ilin əvvəllərində
Cek Kolbi ilk dəfə olaraq
inteqrasiya prinsipinə patent alır, ilk inteqral sxemin prototipini yaradır və
qurğunun külli istehsalına nail olur.
1961-1962-ci illərdə Sylvania firmasının aparıcı təkmilləşdiricisi Tom Lonq ilk
dəfə olaraq yerinə yetirdiyi funksiyalardan asılı
olaraq müxtəlif quruluşa
(konfiqurasiyaya) malik tranzistorları bir sxemdə cəmləşdirir. 1962-ci ilin
sonlarında Sylvania firması Lonq tərəfindən TTL məntiqinə (hesablama texnikası
aləmində ilk məntiqə əsaslanaraq işləyin) əsaslanaraq
işləyən inteqral sxemləri
istehsal etməklə yanaşı onların satışını da təşkil edir.