İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə68/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   64   65   66   67   68   69   70   71   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 83 
istifadə etməklə mürəkkəb məntiqi məsələləri də həll etmək imkanını verə bilsin. 
Yapon alimlərinin fikiri belə idi: hesablama maşınını fikirləşməyə məcbur 
etmək. V nəsil maşının layihələndirilməsi üçün ekspert qrupu da yaradılmışdı. 
Ekspert qrupunun qarşısında düran əsas məsələlər hesablama maşınında bilik 
bazasının, məntiqi çıxış sisteminin, məntiqi proqramlaşdırma dilinin, mürəkkəb 
obyektləri müəyyən etmə sisteminin, daha doğrusu süni intellektə aid nə varsa 
hamısının hazırlanması idi. Butün səylərə baxmayaraq hələlik bu ideyalar həyat 
keçməmişdir. 
VI nəsil.
XXI əsrin başlağıcında hazırlanacaq maşınları altıncı nəsil 
hesablama maşınları adlandırırlar. Bu tip hesablama maşınları yeni informasiya 
texnologiyasına (biliklər və verilənlər bazasında saxlanılan multimedia, virtual 
gerçəklik, qrafiki və səs informasiyasına malik olma, paylanmış təhlil üsulları 
varlığı və s.) əsaslanaraq işləməlidir. Texnologiyaya əsasən bütün kompüterlər 
vahid informasiya məkanında birləşməli, bir-biri ilə daima təmasda olmalı, 
istənilən məzmunda informasiyanı operativ şəkildə əldə etməli, verilənlər 
bazasına və biliklər mənbəyinə müraciət imkanına malik olmalı və nəhayət bütün 
dünyaya yayılmış informasiya mərkəzləri ilə informasiya mübadiləsində olmalıdır. 
Başqa sözlə hesablama texnikası özünəməxsus proqram təminatı ilə birlikdə 
istifadə olunan telefonu, tele-faksı, informasiya-məlumat bürolarını, şəxsi arxivləri 
və kütləvi informasiya vasitələrini əvəz etməlidir. 
Beləliklə, yeni nəsil hesablama texnikasının yaradılmasında əsas vurğu vahid 
qlobal informasiya məkanının yaradılması ilə yanaşı Yer kürəsində yaşayan əksər 
insanların informasiya mübadiləsi məkanından istifadə etməsinin həyata 
keçirilməsidir. 
Qeyd etmək lazımdır ki, hesablama texnikası sahəsində aparılmış tədqiqatlar 
göstərir ki, bu nəsil hesablama maşınları (kompüterləri) daha yüksək 
məhsuldarlığa və iş etibarlılığına malik olmaları ilə yanaşı, keyfiyyətcə yeni 
funksional tələblərə də çavab verməlidir. Bu tələblərə aşağıdakılar aiddir: 

biliklər bazaları ilə işləməyi təmin etməyi və onun əsasında süni intellekt 
sistemlərinin təşkilinə imkan yaratmaq; 

kompüterin tətbiqini daha da asanlaşdırmaq üçün istifadəçi ilə nitq və 
görmə vasitəsilə ünsiyyəti təmin etmək

proqramların sintezinin avtomatlaşdırılması vasitəsilə proqram vasitələrinin 
yaradılması prosesini sadələşdirmək. 
Hazırda həm ənənəvi Neyman arxitekturası ilə, həm də perspektiv 
arxitektura ilə yeni nəsil kompüterlərin yaradılması sahəsində intensiv işlər 
aparılır. Bu arxitekturaların əsasını bir tərəfdən hesablama əməliyyatlarının paralel 
aparılması (matris və hüceyrəli proseslər, neyron şəbəkələri və s.), digər tərəfdən 
isə hesablama proseslərinin verilənlərlə idarə olunması təşkil edir. 
Yeni arxitektura əsasında inteqral sxemlərin istehsal texnologiyasının 
təkmilləşdirilməsi və optik prinsiplərlə qurulan optoelektron element bazasının 
yaradılması sahəsində də intensiv işlər aparılır. Kompüterin ölçüləri ildən-ilə kiçilir. 
Artıq bir "çip"də (kristalda) qurulan fərdi kompüter də yaradılıb. Kompüterlərin 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin