İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə67/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   63   64   65   66   67   68   69   70   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A 
____________________________________________________________ 
82 
Sonrakı illərdə (1964-1965-ci illərdə) inteqral sxemləri istehsalının daha da 
vüsət alması əməliyyat günləndiricilərinin yaradıcısı Bob Vidların adı ilə bağlıdır. 
Həmin ərəfədən başlayaraq inteqral sxemlərin hesablama texnikasında və digər 
sahələrdə tətbiqi başlanır.
 
IV nəsil
 1985-ci ildən indiyə qədər böyük və çox böyük inteqral sxem (BİS, 
ÇBİS) texnologiyası ilə yaradılan kompüterləri əhatə edir. Bu cür inteqral 
sxemlərdə bir yarımkeçirici kristalda bir neçə yüz milyona (hətta bir milyarda) 
qədər texniki element (tranzistor və ya sxem) yerləşdirmək mümkündür. Bu nəsil 
hesablama maşınların arasında mikro- və mini- kompüterlər xüsusi yer tutur. 
Mikrokompüterlərin ən geniş yayılmış növü fərdi kompüterlərdir. Fərdi 
kompüterlər IV nəsil kompüterlərin ayrıca sinfini təşkil edir.
Kompüterin qabarit ölçüləri xeyli kiçilir (10-100 dəfələrlə), iş etibarlılığı isə 
çoxalır. Əvvəlki nəsil kompüterlərdə əməli yaddaş əsasən maqnit nüvələrində 
qurulduğu halda, IV nəsil kompüterlərdə əməli yaddaş, statik və dinamik yaddaş 
inteqral sxemlərində qurulur, nəticədə əməli yaddaşin işləmə sürəti və tutumu 
xeyli artmış olur. 
Fərdi kompüterlərin yaradılması, geniş istehsalı və tətbiqi kompüter 
texnikasında inqilabi nailiyyət hesab oluna bilər. Bunun bir neçə səbəbi var: 

fərdi kompüter ölçülərinə görə xeyli kiçik (masaüstü) və qiymətcə çox 
ucuzdur; 

texniki göstəricilərinə və imkanlarına görə III nəsil orta və kiçik 
kompüterlərdən geri qalmır; 

köhnə kompüterlərlə əsasən bu sahənin mütəxəssisləri (proqramçılar, 
elektron mühəndisləri, operatorlar) işləyə bildiyi halda, fərdi 
kompüterlərdən kütləvi alət kimi (məsələn, televizor, maqnitofon və s.) 
hamı istifadə edə bilir; 

fərdi kompüter çox etibarlıdır və onunla ünsiyyət dialoq formasında 
aparıldığından, çox rahatdır. 
Hazırda dünyada bir neçə yüz milyonlarla fərdi kompüter elmdə
istehsalatda, tədrisdə və məişətdə istifadə olunur. Fərdi kompüterlər və onların 
proqram təminatı ildən-ilə təkmilləşir, yaxşılaşır və müxtəlif sahələrə tətbiqi daha 
da genişlənir. 
V nəsil. 
1980-cı illərdə dünyanın aparıcı mütəxəssisləri beşinci nəsil 
maşınları haqqında müzakirələr etməyə başladılar. Müzakirənin əsas ideyası sona 
çatmaqda olan min illiyin axırlarında yaradılacaq hesablama maşınının bu vaxta 
kimi yaradılmış hesablama maşınlarından köklü sürətdə fərqlənməsi idi. İdeya 
hesablama texnikası aləminə “beşinci nəsil maşınların Yapon layihəsi” kimi daxil 
oldu. Layihəyə əsasən Elektron Hesablama Maşınlarının “intellektual” səviyyəsi 
artırılmalı və onların insanlarla ünsiyyəti tutarlı səviyyəyə çatdırılmalı idi (bu ö 
dövrdə “Yapon harayı” adlandırılmışdı). Bununla yanaşı hesablama maşınının 
arxitekturası elə hazırlanmalı idi ki, maşının daxilinə yerləşdirilmiş proqram 
təminatı istifadəçiyə maşınla təbii dildə ünsiyyət yaratmaqla yanaşı maşından 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin