İ N F O R M A T İ K A
____________________________________________________________
80
Müxtəlif xarakteristikalı
tranzistorlar
QEYD
: Sahə tranzistorlarına ilk patent 1928-ci ildə avstriya-macar fiziki
Yuliy Edqar Lilienfeld tərəfindən Almaniyada (22 oktyabr 1925-ci
ildə isə
Kanadada) alınmışdır. 1934-cü ildə alman fiziki Oskar Hayl sahə tranzistorlarına
patent alır. Sahə tranzistorları (xüsusilə də MOP tranzistorları) sadə elektrostatik
sahə effektinə əsaslanaraq işləyir, fiziki baxımdan
hiss olunacaq dərəcədə
bipolyar tranzistorlardan etibarlıdır və onlardan çox-çox əvvəl icad olunmuş və
patentə malik olmuşlar. Buna baxmayaraq, müasir kompüter sanayesinin əsasını
təşkil edən ilk MOP tranzistor 1960-cı ildə, bipolyar
tranzistordan sonra
hazırlanmışdır. Keçən əsrin 90-cı illərindən başlayaraq MOP texnologiya bipolyar
texnologiya üzərində üstünlük təşkil etməyə başladı.
1947-ci ilin 16 dekabrında Bell Labsın laboratoriyasında çalışan
Uilyam
Şokli, Con Bardin və Uolter Bratteyn ilk fəaliyyət göstərən bipolyar tranzistoru
nümayiş etdirirlər.
Dostları ilə paylaş: