İ N F O R M A T İ K A
____________________________________________________________
64
B.Paskaldan çox-çox qabaq görkəmli italyan rəssamı Leonardo da Vinçi öz
əlyazmalarında ətraflı şəkildə şərh etmişdir.
Leonardo da Vinçi və rəssamın çertyoju əsasında hazırlanan, 13 mərtəbəli ədədlər
üzərində cəmləmə əməliyyatı apara bilən “Codex Madrid” adlı hesablama aləti
1694-cü ildə görkəmli alman riyaziyyatçısı və filosofu Qotfrid Vilhelm
Leybnis daha da təkmilləşdirilmiş, dörd hesab, həmçinin qüvvətə yüksəltmə və
kvadrat kökalma əməllərini yerinə yetirən hesablayıcı mexanizm düzəldir.
Qotfrid Vilhelm Leybnis və onun düzəltdiyi hesablama mexanizmi
İ N F O R M A T İ K A
____________________________________________________________ 65
1820-ci ildə müəssisə sahibi, fransız Toma de Kolmar Şarl Ksavye Leybnisin
düzəltdiyi hesablama maşınının (kalkulyatorun) iş prinsipinə əsaslanaraq 13
rəqəmli ədədlər üzərində vurma və bölmə əməliyyatlarını yerinə yetirə bilən
arifmometr düzəldir. Arifmometr imkanlarına görə öz dövrünün hesablama
maşınlarını üstələyirdi. Müəllif yaratdığı arifmometri 1844-cü ildə Fransada
keçirilən sənaye sərgisində nümayiş etdirir və bir müddət sonra arifmometrə
patent də alır.
Toma de Kolmar Şarl Ksavye və onun düzəltdiyi hesablama mexanizmi
1874-cü ildə Peterburq mühəndisi V.Odner sayıcı çarxları olan qeydedici-
ötürücü mexanizmi ilk dəfə təklif etmiş və bununla da arifmometr adlanan,
müasir həyatda son zamanlara qədər istifadə olunan məşhur hesablayıcı maşının
kütləvi istehsalı üçün zəmin yaratmışdır (Arifmometr “Ruskiy dizel” zavodunda
istehsal olunmuşdu). Həmin mexanizm hesablama texnikası tarixinə «Odner
çarxı» adı ilə daxil olmuşdur.
Sonrakı illərdə hesablama mexanizmlərinin düzəldilməsi ilə ixtiraçı
alimlərdən
E.Yakobson,
H.Slomenskiy,
E.E.Kummer,
P.L.Çebışev,
V.Y.Bunyakovskiy, K.Perro, X.Pereyra və başqaları məşğul olmuş, bu sahədə öz
əməklərini sərf etmişlər.
Məşhur rus riyaziyyatçısı, akademik Viktor Yakovleviç Bunyakovskiy
hesablama aparan zaman ədədlərin aşağı mərtəbədən yuxarı mərtəbəyə
keçirilməsində yaranmış narahatlığı aradan qaldıra biləcək mexanizm hazırlayir.
“Rus özühesablayan” adlanan mexanizmin iş prinsipi Paskalın düzəltdiyi çarxlı
mexanizmin iş prinsipinə əsaslanırdı. Qurğunun köməkliyi ilə böyük ədədlərin
ikirəqəmli ədələrdən istifadə edilərək toplanması ilə yanaşı çıxılması əməliyyatları
da həyata keçirilirdi.
|