8.
QEYRİ-METALLARDAN MƏMULAT HAZIRLANMA
ÜSULLARI
8.1. Plastik kütlələr, onların fiziki halı və strukturu
Yüksək fıziki-kimyəvi, mexaniki
və texnoloji xassələrə
malik plastik kütlələrin istehsalı, belə perspektiv materiaiiarın
texnikanın müxtəlif sahələrində geniş tətbiq olunmasına,
konstruksiyaların təkmilləşdirilməsinə, məhsulun maya dəyərinin
aşağı salınmasına və əmək məhsuldarlığının yüksəlməsinə imkan
yaradır. Texnikada piastik kütlələr nəinki metalın əvəziəyicisi,
həm də tam sərbəst konstruksiya materialı kimi istifadə edilir.
Polimerlə rin sürətli inkişafı, xam material ehtiyatiarının qeyri
məhdud m'ıqdarda olması, az əmək sərfi ilə sadə üsullarla qiymətli
kompleks xassələrə malik məmulat iştehsalının
mümkünlüyü ilə
izah olunur.
Plastik kütlələr-
əsası təbii və ya sintetik yüksəkmolekulyar
birləşmələrdən ibarət olan materiallardır. Yüksəkmolekuiyar
birləşmələr öz aralarında baş valentlik qüvvələri ilə ardıcıl
əlaqəiənmiş
çoxsaylı
aşağımolekulyar
birləşmələrdən
(monomerlər) ibarətdir. Eyni struktur həiqələrindən ibarət oian
böyük
molekulalar
(makromolekulalar)
polimer
adlanır.
Polimerlərin makromolekulalarının forması xətti, yayılmış şəbəkə,
boşluqiu fəza (calaqli) şəkillərdə ola bilər.
Xətti makromolekulalar (şəkil 8.1 a), atomları öz aralarında
kovalent
əlaqə ilə birləşmiş, zəncir şəklinə malikdir. Ayrı-ayrı
zəncirlər molekulalararası qüvvələr ilə birləşir; bu qüvvələr xeyli
dərəcədə polimerin xassələrini formaiaşdırır. Zəncirlərdə
şəbəkələnmə (şəkii 8.1 b) oiduqda moiekulalar arası qüvvələr
zəifləyir, bunun sayəsində polimerin yumşalma temperaturu aşağı
düşür. Boşluqlu fəza strukturları (şəkil 8.1c) polimerlərin ayrı-ayrı
zəncirlərinin
kimyəvi
birləşməsi
(calanması)
nəticəsində
polikondensasiya və ya polimerizasiya nəticəsində alınır.
Şək. 8.1. Polimer molekullarının quruluş sxemi:
a - xətti;
b
- şəbəkələnmiş; c – calaqlı
«Calaqlı» polimerin xassələri üçün eninə əlaqələrin tezliyi
böyük əhəmiyyət kəsb edir. Belə əlaqələr nisbətən seyrək
yerləşdikdə, torvari şəkilli polimer alınır. Molekulaları
xətti
strukturaya malik polimerlər yaxşı həll olmaq qabiliyyətinə
malikdir; belə ki, həlledicinin molekulaları makromolekulalar
arasına yayıla bilir və molekulalararası qüvvələri zəiflədir. Torvarı
strukturiu polimerlərdə
həllolma qabiliyyəti yoxdur, onlar
həlledici təsirindən şişir. Polimerdə eninə əiaqəirin yerləşmə
tezliyi artdıqda praktiki olaraq, onda həllolma və ərimə getmir.
Makromolekulaların yerləşməsi və qarşılıqlı əlaqəsindən
asılı olaraq polimerlər amorf (molkuiaların
qeyri müvazinətli
yerləşməsi) və ya kristallik (molekulaların müvazinətli
yerləşməsi) hallarda ola bilər. Polimerlər amorf haldan kristalik
hala keçdikdə onların möhkəmiik və istiliyə dözümlüyü yüksəlir.
Plastik kütləiərin sıxlığı (1000...1800 kq./m
3
) azdır.
Onlar
maqnezium ərintilərindən orta hesabla 1,2 dəfə, alüminium
ərintilərindən təxminən 2 dəfə, qara metallardan 5...6 dəfə
yüngüldür. Plastik kütiələr müxtəlif aqressiv mühitlərdə
korroziyaya yüksək dözümlü olmaları
ilə fərqləniriər; məsələn
ftorplast kimyəvi dözümlüyü üzrə qızıldan və platindən üstündür.
Plastik kütlələr həmçinin yüksək elektrik-tədricetmə, antifriksion
xassəiərinə malik materiallardır.
Plastik kütlələrin istehsalı nisbətən az zəhmət tələb edir və
iqtisadi cəhətdən sərfə- lidir. Qara metalları piastik kütlə ilə əvəz
etməklə məmulatın çəkisini 5 dəfə, maya dəyərini isə 2...6 dəfə
azaltmaq mümkündür.
Plastik kütlələrin çatışmayan cəhətləri də vardır; onların
istiliyə dözümlülüyü aşağı və istilikkeçirməsi pisdir;
elastiklik
modulu və zərbə özlülüyü kiçikdir və köhnəlməyə meyllidir.
Dostları ilə paylaş: