25
Şəkil 8. Emosional hallar və şəxsiyyət komponentləriarasındakı əlaqələrin
məzmunu.
Hazırda müasir psixologiyada tələbə şəxsiyyətinin formalaşması ilə
emosiyaların qarşılıqlı asılılığı mövzusunda aparılan tədqiqatların
əsas hissəsi
tələbələrin emosional intellektinə təsir göstərən amillərin psixoloji təhlilinə
əsaslanır.
Eİ və ya EQ (Emotional intellegence and Emotional quotient)- emosional intellekt
olaraq bilinən və uşaqların IQ-(İntellegence quotient) yəni, zehni qabiliyyətlərini
formalaşdıran xüsusiyyətlərdən daha vacib olduğunu vurğulayanemosional
xüsusiyyətlərimizi
anlaya
bilmək
vəemosiyalarımızı
idarə
edə bilmək
bacarığımızdır.
İlk olaraq 1990-cı ildə Harvard Universitetinin psixoloqu Peter Solovey və
New Hampshire Universitetinin psixoloqu Con Mayer tərəfindən istifadə
edilmişdir. Lakin, emosional intellektin nəzəri və praktik problemləri sistemli
şəkildə Daniel Qoleman tərəfindən öyrənilmiş və öz tədqiqatlarının yekununu
1995-ci ildə
“Emotional İntellegence”
adlı kitabında əks etdirmişdir [72, s.12].
Daniel Qolemana görə emosional intellekt: “Özünü
hərəkətə keçirə bilmək,
maneələrə baxmayaraq məqsədinə doğru atılan yola davam edə bilmə,
instinktlərini idarə edərək həzz duyğusunu gecikdirə bilən, ruh halını nizama sala
bilmək, yaşadığı stressin düşünməsinə mane olmasına
icazə verməmək, özünü
başqalarının yerinə qoya bilmək və ümid etmək” dir [72s.14].
D.Qolemana görə emosional intellekt aşağıdakı 5 bacarığı özündə birləşdirir:
Öz emosiyalarını dərk etmək və anlaya bilmək
Emosiyalarını idarə edə bilmək
Şəxsi motivasiya
Empatiya
Sosial bacarıqlar
EQ inkişaf etdirmək mümkündürmü və ya mümkünsə əgər, bunun üçün bir
insanda vacib olan hansı intellektual keyfiyyətlərin inkişafına diqqət yetirilməlidir,
26
tipli suallar bu tətdqiqat işi ilə məşğul olan şəxsləri hər zaman maraqlandırmışdır.
Əgər, İQ inkişaf etdirilə bilərsə demək ki, biz EQ bacarığının da inkişafından
danışa bilərik. Lakin, psixoloji nəzəriyyələr bu barədə fərqli yanaşmalarla çıxış
etmişdir.
Emosional intellekt nəzəriyyələrinin ən məşhuru ilə əməkdaşlıq
edən ən
böyük faktor ehtimaldır ki, bu nəzəriyyə İQ-nü bəyənmir, amma emosional
intellekti inkişaf etdirməyin mümkünlüyünü güman edir. Bunlardan xüsusi şəkildə
özünə yer edən nəzəriyyə kimi skeptsizmi göstərmək mümkündür. Hərçəndki,
skeptsizmə dair bəzi sübutlar vardır ki, insanlar emosional
intellekti inkişaf etdirə
bilər. Qərb Tədqiqat Universitetində yerləşən Weatherhead İdarəçilik Məktəbində
aparılan bir tədqiqata görə, tələbələr öz emosional intellektinin səlahiyyətlərinə
başqa bir koqnitiv bacarıq
əlavə etməklə, onlar öz bacarıqlarının inkişafı üçün
spesifik səlahiyyət seçir və inkişaf etdirir, fərdiləşdirlmiş öyrənmə planını
gücləndirməklə bu səlahiyyətləri həyata keçirir.
Tələbələrin obyektiv qiymətləndirməsi bu proqramla başlayır, məzuniyyət
sonrası və illər sonrasında iş fəaliyyətində izlənilərək, güman edilir ki, əgər ki bu
problemlerin doğru ünvanı tapılarsa o zaman emosional intellekti inkişaf etdirmək
olar.
Bu müxtəlif modellərin variantlarının inkişafı
ilə müəyyən edilmişdir ki, Eİ
özünə-hesabat vermə, formal qiymətləndirmə, öz bacarıqlarının istifadəsi və ya
testləşdirlməsi ilə emosiyaları müəyyən etmək, digər
qruplar və ya özünü inkişaf
yolu ilə ölçülə bilər. Bütün bu dediklərimizi aşağıdakı kimi qruplaşdıra bilərik:
Özünə-hesabat vermək
1.
Öz emosiyalarını bilmək
Özünü-idarə
2.
Öz emosiyalarını idarə etmək
3.
Özünü motivasiya
Sosial-hesabat vermək
4.
Başqalarının emosiyalarını tanımaq və anlamaq
Əlaqələri idarə etmək
27
5.
Başqalarının emosiyalarını idarə etmək
Weatherhead İdarəçilik Məktəbində aparılan tədqiqatların nəticəsində
məlum oldu ki, EQ-nün bu dörd ünsürü inkişaf prosesində düzgün yerləşdirilməklə
təşkilatçılar öz işçilərinin emosional intellektini artıra bilər. Bu isə onları daha da
ruhlandırdı [73, s.24]
Ümumilikdə, emosional intellektin mahiyyətinin anlaşılması və bu barədə
tədqiqatları ilə məşhur olan psixoloqların fikirləri kifayət qədər çoxdur. Emosional
intellektin
bütün
nəzəri
problemlərini
aşağıdakı
cədvəldə
qruplaşdırmışıq.[6,s.126](şəkil 9)
Dostları ilə paylaş: