Tədqiqat işinin obyekti. Tədqiqatın obyekti ali məktəblərdə təhsil alan
tələbələrdə psixo-emosional halların təzahürüdür.
Tədqiqat işinin predmeti. Tədqiqat işinin predmetipsixo-emosional halların
tələbə şəxsiyyətinin formalaşmasına təsirinin psixoloji xüsusiyyətləri, onu
şərtləndirən amillərin xarakteri və istiqaməti, ona təsir göstərən məsələlərin
öyrənilməsidir.
6
Tədqiqat işinin məqsədi. Faktlar göstərir ki, təlim prosesində tələbənin
mütəmadi
fəallığı
və adekvat özünü ifadəetmə qabiliyyəti bilavasitə
özünənəzarətin formalaşması zamanı gerçəkləşir. Tələbələrin özünənəzarət
imkanlarının aşağı olması onların stress situasiyalarına davamlılığını azaldır, təlim
fəaliyyətinin optimal təşkilinə maneəçilik yaradır. Tədqiqat işinin məqsədi
emosional
halların
tələbə
şəxsiyyətinin
formalaşmasına
təsirinin
müəyyənləşdirilməsi, psixoloji texnologiyaların köməyi ilə tələbələrin emosional
vəziyyətinin sabitləşməsinə təsirinin öyrənilməsidir.
Tədqiqat işinin vəzifələri. Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün
aşağıdakı konkret vəzifələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur:
1. Elmi ədəbiyyatda problemə nəzəri yanaşmaları təhlil etmək .
2. Tələbələrdə emosional vəziyyətin təzahür xüsusiyyətlərini araşdırmaq.
3. Tələbəşəxsiyyətinin formalaşması prosesinə onun psixo-emosional vəziyyətinin
təsirinin xüsusiyyətlərini və qanunauyğunluqlarını aşkar etmək.
4.
Tələbəşəxsiyyəti
ilə
emosional
qeyri-sabitliyin
meydana çıxması
arasındakıəlaqəni öyrənmək.
Tədqiqat işinin fərziyyəsi. Tədqiqatda belə bir fərziyyə irəli sürülür ki, əgər
tələbə fərdi-psixoloji xüsusiyyətlərinə görə emosional baxımdan zəifdirsə, peşəyə
hazırlıq dövründə üzləşdiyi müxtəlif xarakterli situasiyalar onun emosional halında
asanlıqla dəyişmələr yaradaraq, onun davranışına təsir göstərməkdədir.
Tədqiqat işindəəsas fərziyyə ilə yanaşı bir neçə əlavə fərziyyədə irəli
sürülmüşdür :
1.Emosional qeyri-sabitlik tələbə şəxsiyyətinin formalaşmasına neqativ təsir
göstərir;
7
2. Tələbə şəxsiyyətinin emosional sabitliyinin yüksək səviyyəsi müəyyən
korreksiya proqramının köməyi ilə formalaşdırıla bilər (NLP və s.);