Torpaq çərşənbəsi. Yazqabağı çərşənbələrin üçüncüsü torpağa həsr olunur.
Dünyamızın yaranmasının mühüm amillərindən biri kimi götürülən torpaq sudan
sonra ikinci maddi başlanğıcdır. Əski təsəvvürlərdə qadın cildində təsəvvürə gətirilir.
Dildən düşməyən «Ana torpaq, ana Vətən» ifadələri buradan doğmuşdur.
Yel çərşənbəsi. Dünyanın yaranmasında iştirak edən sonuncu ünsür havadır.
Azərbaycan xalqının yazqabağı mərasimlərində Yel çərşənbəsi adı ilə qeyd olunur.
Odla birlikdə yel də mənəvi-ruhi (kişi) başlanğıc hesab edilir və maddi (qadın)
başlanğıc - torpağa, suya əks cəbhədə durur. Canlılara nəfəs verməklə öz
hərəkətliyini, dinamikliyini onlara keçirir. Başqa sözlə, cansız torpağı və suyu
durğunluqdan çıxardır. Məhz bu xüsusiyyətinə görə yel ruhla eyniləşdirilir.
Azərbaycan şifahi ədəbiyyatında multikulturalizm izləri. Bu gün
yaşadığımız müstəqil Azərbaycan dövlətinin sərhədləri daxilində yaşayan xalqların
ortaq ünsiyyət dili Azərbaycan türkcəsi olmuşdur. Etnik azlıqların hər birinin öz
məxsusi dili olmasına baxmayaraq ictimai yerlərdə münasibətlər məhz Azərbaycan
dilində olmuş və bunun nəticəsidir ki, milli azlıqları birləşdirən çoxsaylı birgə adət-
ənənələr formalaşmış, onların arasında mehriban münasibətlər qurulmuşdur.
Bu gün Azərbaycan dilində olan şifahi xalq ədəbiyyatı nümunələrinin
formalaşmasına biz hər bir etnik azlığın da öz payını verdiyini danmaq olmaz.
Qafqazda yaşamaq ictimai, sosial, siyasi problemlərin eyniliyi, düşmənlərə qarşı
birgə mübarizə, yadellilərdən və Qafqaz üçün spesifik olan təbiət hadisələrindən
özünün qorumaq eyniliyi bu etnik birlikləri ortaya çıxan söz sənəti nümunələri bizlərə
tanıdır.
Atalar sözlərində -
8
Dəvəçi ilə dostluq edənin darvazası gen gərək. (Ərəblərə
münasibət)
Girdin bazara gördün hamı gözü cumuxdur, sən də ol gözü
cumux. (Monqolların işğalı zamanı yaranıb, özünü müdafiə üçün)
Türk - türkü vurar, arada '