17
bulunaraq
əbədi xilasa nail olmaları üçün
İsa Məsih
çarmıxa çəkilmişdir.
Körpə
Qeys hal diliylə belə deyir:
....Ey, cəfaçı dünya!
Bildim qəmini sənin ki, çoxdur,
Qəm çəkməyə bir hərif yoxdur.
Gəldim ki, olam qəmin hərifi,
Gəl, təcrübə eylə mən zəifi!
Hər qanda qəm ola, qılma ehmal,
Cəm eylə, dili-həzinimə sal!
Həm ver mənə qəm yemək kəmali,
Həm aləmi qəmdən eylə xali!
Beləcə Füzuli İsa Məsihin bütün insanlığın günahlarını öz üzərinə götürməsilə
Qeysin dünyanın bütün qəmlərini öz üzərinə götürməsi arasında məhrəm bir parallel
aparır.
Füzulinin qəzəllərində də İsa Məsihlə bağlı təşbehlər var. Bunların biri onun
“
Ey mələksima ki, səndən özgə heyrandır sana” sözlərilə başlayan
çox məşhur
qəzəlindədir. Buradakı
“Aşiqə şövqünlə can vermək ikən müşkül deyil,
Çün Məsihi-vəqtsən, can vermək asandır sana”
sözlərində aşıqin öz məşuquna can verməsi, onun yola fəda olması ona görə asandır
ki, aşiq də çarmıxa çəkilməklə Müqəddəs Tanrı Ata-ya qovuşan İsa kimi sevgili bir
ovqat yaşantıları içindədir.
İsa Məsihin xatırladılmasına daha çox
Dostları ilə paylaş: