18
Azərbaycanlıların multikultural şüuraltısında İsa Məsihin peyğəmbər yeri o
qədər məhrəmdir ki, bunun bir nümunəsini on yeddinci əsr Azərbaycan poeziyasının
görkəmli nümayəndəsi Rüknəddin Məsud Məsihinin ləqəbində də görürük. O,
dövrünün tanınmış şairi olmaqla yanaşı, həm də istedadlı həkim imiş. Bizə gəlib
çatan əsəri ana dilində yazdığı
"Vərqa və Gülşa" poemasıdır. Araşdırmaçıların
yazdığına görə, atası kimi bir müddət şah Abbasın sarayında həkimlik edən Məsihi
sonra onun müşaviri olur. Şahla arası dəyəndən sonra Hindistana üz tutur və iyirmi il
orada yaşayandan sonra vətəninə qayıdır. Məsihi o zamanın Hindistanında da
müəyyən mənada formalaşmaqda olan multikultural bir ortamda fəaliyyət göstərirmiş
və tədqiqatçıların yazdığına görə, Hindistanda hakimiyyət sürən türk-moğol
şahlarının ağıllı, mütərəqqi siyasətindən, bütün dinlərə eyni gözlə baxmasından razı
qalıbmış.
Bəziləri şairin “Məsihi” təxəllüsünü onun həkimlik fəaliyyəti ilə
əlaqələndirirlər. O mənada ki, Rüknəddin bu adı İsa Məsihin xəstələri sağaltması ilə
əlaqədar götürübmüş. Bununla belə, daha çox şair kimi tanınan bir Azərbaycanlının
Məsihi (bu söz xalq içində həm də xristian anlamında ifadə olunur) təxəllüsü hələ o
zamanların Azərbaycan toplumlarında başqa dinlərə, xüsusən təktanrılıq dinlərinə
doğma münasibətin təbii bir hal kimi geniş yayılmasından xəbər verir.
Azərbaycanlıların multukulturalizmi sonrakı dövrlərin, Rusiya işğalına məruz
qaldıqları zamanların da sınağından uğurla çıxdı. O zamanların ki, müsəlmanlar
arasında xristianlığın yayılması müstəmləkə üsul-idarəsinin dini-ideoloji istiqamətini
müəyyənləşdirirdi. Çar Rusiyasının imperiya dini ədavət yayan siyasəti Azərbaycan
ərazisində çoxkonfessiyalılıq mühitində problemlər yaratsa da bunlar cəmiyyətdə
dərin kök sala və əhalinin şüuraltısına əsrlər uzunu möhürünü vurmuş
multikulturalizm dəyərlərini xələldar edə bilmədi. İsa Məsih şəxsiyyəti Azərbaycanın
görkəmli aydınları, sənət adamlarının şüurunda əzəlki doğmalığını saxladı və
əsərlərində təbliğ edildi. Bunun ədəbi irsimizdə əksini tapan gözəl nümunələri var.
Belə örnəklərdən biri
Dostları ilə paylaş: