9
Selcanla evlənməsinə qızın atasından icazə üçün Qanturalı onun üçün
hazırlanmış ağır sınaqdan keçərək özü də təbii ki, bir igidlik nümunəsi sərgiləmli
olur, bir buğa, ardınca da bir aslanla çarpışır. Sınağını qələbə ilə başa vurub Selcan
xatunla öz yurduna yola düşür. Qızını müsəlman oğuz gəncinə verdiyindən
peşmançılıq çəkən Trabzon təkuru onların ardınca qoşun göndərir. İki gəncin üstünə
bu dəfə düşmən qismində gələn təkur döyüşçülərini Qanturalı ilə Selcan xatun, biri
müsəlman, o bir xristian inanclısı olaraq birgə dəf edirlər.
Dastan boyu Selcan xatuna dini baxımdan heç bir ögeylik sərgilənmir. Əksinə,
onun qəhrəmanlığının təsvirində şəxsinə məhrəm bir münasibət ifadə olunur. Selcan
obrazı qadına ailə namusu, qəbilənin şərəfi, mənəvi-əxlaqi təmizlik və qəhrəmanlıq
nümunəsi kimi baxılan oğuz qadınlarının mühitində tam doğmalaşmış birisidir ki, bu
keyfiyyətlərin hamısını Azərbaycanlı oxucu onda görür. Və buna görə də bu xristian
Selcan xatunu müsəlman oğuz qızlarından fərqləndirə bilmir.
Dastanda qadın obrazlarından başqa birisi müsəlman oğuz qızı Banuçiçəkdir.
“Baybörənin oğlu Bamsı Beyrək boyu”nda yer alan bu obraz da Selcan xatun
əlamətində bir qızdır. Onunla nışanlanmış Bamsı Beyrək də öz atasına eyni
xüsusiyyətlərə malik bir qızla evlənmək istədiyini bəyanlamışdı: “Baba, mana bir qız
alı ver kim, mən yerimdən turmadan ol turğac gərək! Mən qaraqoç atıma binmədən ol
binmək gərək!..” Bu gəlinlərdən biri müsəlman oğuz qızı Banuçiçək, o birisi xristian
qızı Selcan xatundur. Hər ikisi Azərbaycan oxucusu üçün eyni dərəcədə doğmalıqla
dastanda tərənnüm edilir.
“Kitab-i Dədə Qorqud”da başqa bir qadın obrazı da var ki, dini mənsubiyyətcə
o da xristiandır, ancaq oğuz qadınlarının içində deyil, düşmən tərəfdədir.
“Baybörənin oğlu Bamsı Beyrək boyu”nda bu xristian qızı düşmən cəbhəsində olsa
da Azərbaycanlı oxucunun rəğbətini qazanır. Bu, Bayburd hasarı bəyinin qızıdır.
Beyrək onun atasının əsirliyində olarkən bu oğuz bəyinə aşiq olur. Dustaqxanada ona
yaxınlaşıb deyir: “Əgər səni hasardan örkənlə aşağı sallasam, sağ-salamat ata-ananın
yanına getsən, məni burda gəlib halallığa alarsanmı?” Beyrək bu xristian qızının
şəxsiyyətini uca tutduğuna görə müqəddəs Oğuz andı içir: “Oğuz yurduna salamat
çatsam, gəlib səni halallığa almasam, qılıncımla doğranım! Oxuma sancılım! Yer
kimi çatlayım, torpaq kimi sovrulum!”. Xristian qızının əsirlikdən azad etdiyi Beyrək
öz nişanlısı Banuçiçəyə qovuşur və təbii ki, xristian qızı ilə evlənmək andına xilaf
çıxır. “İç Oğuza Dış Oğuz asi olub Beyrək öldüyü boy”da Beyrəyin həlak olması bu
andına xilaf çıxmağının nəticəsi kimi də məntiqli görünür.
Dostları ilə paylaş: