Fяxrяddиn mustafayev


(Nizami Gəncəvinin oğlu Məhəmmədə nəsihəti)



Yüklə 136,1 Kb.
Pdf görüntüsü
səhifə11/207
tarix24.12.2023
ölçüsü136,1 Kb.
#192395
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   207
N 349

(Nizami Gəncəvinin oğlu Məhəmmədə nəsihəti) 
 
Həkimlik ən müqəddəs, xeyirxah, bəşəriyyətin tərəqqisinə, həm insana, həm də 
heyvanat aləminə xidmət edən, onların sağlamlığını qoruyan və cəmiyyətin dayanıqlı 
davamlı inkişafına təminat verən bəşəri əhəmiyyətli bir sənətdir. Tibbi və baytarlıq 
təbabəti həkimlərinin fəaliyyəti yalnız bir istiqamətə-insan və heyvanların sağlam 
həyat tərzinin təminatına yönəldilib. ÜST və BEB (Beynəlxalq Epizootiya Bürosu) 
hazırda bu iki ixtisası yalnız dialektik vəhdət formasında qiymətləndirir və onların 
məramının yekdil olmasını ön plana çəkir. 
Dünya təbabətinin atası, antik təbabətin 
reformatoru (islahatçısı) b.e.ə. 460-cı ildə Yunanıstanın KoĢ adasının Meropis 
Ģəhərciyində həkim ailəsində anadan olmuĢ, məĢhur loğman, əfsanəvi Ģəxsiyyət 
Eskulapın oğlu Podaliriyin törəməsi Hippokrat dünyanın ilk tarixi tibb 
məktəblərindən biri və birincisi sayılan KoĢ məktəbini yaratmaqla təbabət 
elmində böyük inqilab etdi.
Onun atası məşhur yunan həkimi Heraklid və anası 
mama-ginekoloq Fenareta Hippokratın artıq 20 yaşında ikən tanınmış həkim 
olmasında olduqca böyük rol oynamışlar. Təbabətə meyli irsiyyətdən irəli gəlsə də 
onu həkim kimi formalaşdıran məhz atası olmuşdur. O, təhsilini, həkimlik peşəsini 
təkmilləşdirmək üçün Misirə getməsinə baxmayaraq Yunanıstanda tüğyan edən və 
əhalinin kütləvi qırğınına səbəb olan taun epidemiyası onu vətəninə qayıtmağa təhrik 
edir, bütün fəaliyyətini onunla mübarizəyə yönəldir, xəstəliyin qarşısının alınmasında 
misilsiz xidmətlər göstərir. Loğmanın şəfa verdiyi ilk pasientlərdən biri də elmə atom 
nəzəriyyələri haqda bilgilər verən və təbabətə «etiologiya» terminini daxil edən 
məşhur Demokrit olmuşdur. Klassik müayinə üsulları (palpasiya, perkussiya və s.) da 
məhz onun kəşfləridir. Dahi Hippokratın qiymətli sözləri bütün həkimlər üçün örnək 
olmalıdır: 

Yüklə 136,1 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin