Fяxrяddиn mustafayev



Yüklə 136,1 Kb.
Pdf görüntüsü
səhifə9/207
tarix24.12.2023
ölçüsü136,1 Kb.
#192395
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   207
N 349

Marqaret Çanın
qiymətli kəlamı dediklərimizi bir daha 
təsdiqləyir: «
Sağlamlıq 
– xəstəlik və fiziki defektlərin olmaması ilə yanaşı, həm 
də tam fiziki, süni və sosial xoşbəxtlik deməkdir. 
Əhalisi sağlam olan ölkə 
yaxşı inkişaf etmiş ölkə deməkdir».
İnsanın sağlamlığının başlıca prioriteti isə 
ekoloji cəhətdən təmiz, saf heyvan və bitki mənşəli yeyinti məhsulları sayılır. 
Təmiz və keyfiyyətli heyvandarlıq və quşçuluq məhsullarının (ət, süd, yumurta, 
balıq, onların müxtəlif çeşidli məhsulları) insan üçün zərərsiz olması isə 
bilavasitə baytarlıq təbabəti həkimlərinin
səlahiyyət müstəvisi çərçivəsindədir. 


11 
Çünki xəstə heyvanların yeyinti məhsulları insanda müxtəlif (200-ə qədər) 
yoluxucu xəstəliklər, intoksikasiya və toksikozlar-zəhərlənmələr törətməklə ağır 
fəsadlarla, hətta ölümlə nəticələnir.
Baytarlıq təbabəti
bəşəri əhəmiyyətli, olduqca geniş diapozonlu, insan və 
heyvanların sağlamlığının keşiyində dayanan ən mütərəqqi, mürəkkəb, çox 
şaxəli və orqanizmlərin genetik populyasiyasının saxlanmasına və onun 
dayanıqlı inkişafının təmin olunmasına xidmət edən elm sahəsidir. 
Tibb 
həkimlərinin pasienti materiyanın ən ali, sosial-bioloji-psixoloji varlığı- 
insan olduğu halda, baytarlıq təbabəti həkimlərinin pasienti fikrini ifadə 
edə bilməyən heyvanat (heyvanlar, quĢlar, balıqlar, arılar) aləmidir.
Bu isə 
baytarlıq təbabəti həkimlərinin fəaliyyətinin daha çətin və mürəkkəb olduğunu 
bir daha sübut edir. Bunları baytarlıq təbabətinin klassiklərinin olduqca məntiqli 
və dəyərli kəlamı da təsdiqləyir: 
«Tibb həkimləri yalnız insanı, baytarlıq 
təbabəti həkimləri isə bütün bəşəriyyəti müalicə edir»


Yüklə 136,1 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin