8
xüsusilə xromosomlar və genlər olmasaydı, canlı materiyanın və onun
amillərinin mövcudluğu heç bir vəchlə mümkün olmazdı. Çünki canlıların bütün
həyat fəaliyyəti, çoxalması,
böyüməsi, inkişafı, fizioloji və biokimyəvi
prosesləri, nəslin davamı, əlamət və xassələrin gələcək nəsil törəmələrinə
keçməsi, populyasiyaların dayanıqlı inkişafı və s. məhz genetikanın əsas tədqiqat
obyekti sayılan hüceyrə, xromosom və genlər vasitəsilə təmin və icra olunur.
Genetika elminin molekulyar biologiyanın, seleksiyanın,
təbabətin, baytarlıq
təbabətinin,
bitkiçiliyin,
heyvandarlığın,
gen
mühəndisliyinin,
biotexnologiyanın, tibbi biologiyanın, ekologiyanın və ətraf mühitin
mühafizəsinin, ekoloji genetikanın, təkamülün öyrənilməsinin inkişafı və tərəq-
qisində çox böyük rolu vardır. Bütün qeyd edilənlərə baxmayaraq, genetika
elminin başlıca prioriteti irsiyyət, dəyişkənlik,
ontogenez, onların yaranma
mexanizmi və dinamikasının öyrənilməsindən ibarətdir. Baytarlıq təbabəti
genetikası isə daha
geniş diapozona malik planetar, regional və lokal
problemlərin-bütün növ heyvanların, quşların, arıların, balıqların genetik
aspektlərinin fəlsəfə və təbabət elmləri ilə qarşılıqlı, qırılmaz bağlılıq formasında
öyrənir. Müasir genetika elminin aşağıdakı istiqamətləri vardır:
– Heyvanların ümumi genetikası və biometriya
– Tibbi genetika
– Baytarlıq təbabəti genetikası
– Aqronomluq genetikası (bitkiçilik genetikası)
– Molekulyar genetika
– İmmunogenetika
– Fizioloji genetika
– Ekoloji genetika
– Biokimyəvi genetika
– Populyasiya genetikası
– Genetika mühəndisliyi
– Riyazi genetika
– Ontogenezin genetikası
– Mutagenez
– Sitogenetika
– Genetik bioetika
Materiyanın canlı aləminin təkamülünü təmin edən başlıca amillər irsiyyət
və dəyişkənlik hesab olunub.
Dostları ilə paylaş: