Fяxrяddиn mustafayev


İrsiyyət –  genetik informasiyaların nəslə



Yüklə 136,1 Kb.
Pdf görüntüsü
səhifə6/207
tarix24.12.2023
ölçüsü136,1 Kb.
#192395
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   207
N 349

İrsiyyət
– 
genetik informasiyaların nəslə 
verilməsi, nəsil və populyasiyalar arasında maddi və funksional varisliyi, onto-
genezi təmin edən, nəsildə valideyin fərdlərə məxsus olan səciyyəli xüsusiy-
yətlərin (əlamət və xassələrin) formalaşmasını təmin edən hadisədən ibarətdir. 
İrsiyyət həm də müxtəlif nəsil törəmələrində mövcud olan fərqli xüsusiyyətləri 
saxlayan hadisə sayılır. Dəyişkənlik – canlı aləmin irsiyyətinin qeyri-stabil 
olmasını xarakterizə etməklə genlərin dəyişilməsindən, ontogenez zamanı 
genlərin dəyişilmiş formasından ibarət olan mürəkkəb prosesdir. Genetik 
informasiyalar ümumiləşmiş formada aşağıdakı prinsip əsasında ötürülür: 



DNT RNT zülal sintezi. Məşhur çex alimi, avqust kilsəsinin rahibi 
(Brno şəhəri) İohan Qreqor Mendel noxud bitkisi (Pisum sativum) üzərində 
apardığı təcrübələrlə genetika elminin elmi əsasını qoymuş, De-Friz, K.Korrens 
və E.Çermak 35 ildən sonra onun kəşfini təsdiq etmiş, Tomas Çent Morqan və 
onun tələbələri isə irsiyyətin xromosom nəzəriyyəsini yaratmışdır. Həmin tarixi 
kəşflər genetikanın sonrakı inkişafına çox böyük təkan və stimal vermişdir. 
Genetika canlı aləmi tədqiq edən, geniş və ətraflı öyrənən ən mürəkkəb, çox 
şaxəli, eləcə də olduqca maraqlı elmdir. Erkək və dişi fərdlərin doğulması, 
törəmələrin bəzi əlamətlərə görə əcdadlarına oxşaması, qadından uşaq, inəkdən 
buzov, qoyundan quzu, toyuqdan cücə, bal arısından yalnız bal arısının və s. 
törəməsinin səbəblərini yalnız genetika elmi araşdırır və aşkarlayır. Genlərin 
ciddi nəzarəti olmadan canlı aləmin ayrı-ayrı fərdlərinin orqanizmdə heç bir 
fizioloji, biokimyəvi, metabolik, çoxalma və s. proses icra oluna bilməz. Lakin 
bütün proseslər, o cümlədən ontogenez yalnız ətraf mühitlə dialektik vəhdət 
fomasında baş verə bilər. Dünya şöhrətli, dahi filosoflar K.Marks və F.Engelsin 

Yüklə 136,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin