İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi)
78
Toxumlar böyüklüyünə və çəkilərinə görə çox müxtəlifdir. Onlar cürbəcür rəngdə olur.
Səpin materialı dedikdə, praktikada bir qayda olaraq toxum başa düşülür.
Lakin
kərəvizkimilər, qarabaşaq (yolotular), astraçiçəklilər, pişikotukimilər fəsilələrinə daxil olan
bitkilərin səpin materialı əslində meyvədir
və daxili toxum örtüyündən, xarici örtükdən
ibarətdir. Onların bu quru meyvəsinə elə toxum demək olar. Çünki toxum meyvənin əsas
kütləsini təşkil edir.
2.1.1. Toхumların keyfiyyəti göstəriciləri və onlara qoyulan tələblər
Toxum nə qədər yaxşı keyfiyyətli olsa, ondan inkişaf edən bitkilər də bir o qədər güclü,
məhsuldarlıq isə yüksək olar. Yaxşı toxum yüksək məhsul deməkdir. Səpin üçün ayrılan
bütün
toxumlar tələbata uyğun gəlməlidir. Daha doğrusu səpin üçün hazırlanan toxum təmiz
olmalıdır. Yəni toxum materialında tullantı və yad qarışıqlar nə qədər az olsa,
toxum bir o
qədər təmiz olar. Belə keyfiyyətlərə malik toxum əldə etmək üçün səpindən qabaq toxumları
qarışıqlardan təmizləmək, çəkisinə və iriliyinə görə çeşidləmək, mütləq çəkisini təyin etmək,
təsərrüfat yararlılığını, xəstəlik və ziyanvericilərə, karantin alaqlara tutulma dərəcəsini
yoxlamaq lazımdır. Kondisiyaya (tələbata) uyğun olmayan toxumlardan
səpin üçün istifadə
edilməməlidir.
Toхumun səpin keyfiyyətləri onun səpinə yararlı olmasını göstərir və bu səpiləcək
toхumun təmizliyi onun cücərmə qabiliyyəti, canlılığı, cücərmə enerjisi, təsərrüfat yararlılığı,
böyümə gücü, rütubəti, kütləsi, хəstəlik və zərərvericilərlə yoluхma
dərəcəsi ilə müəyyən
edilir. Toxumun səpin keyfiyyətini təyin etmək üçün əsas nümunədən iki orta nümunə: biri
toxumların cücərmə qabiliyyətini, cücərmə enerjisini, xəstəliklərə tutulmasını,
mütləq
çəkisini, təmizliyini təyin etmək üçün, ikincisi isə toxumların rütubətliyini və anbar
zərərvericilərinə tutulmasını təyin etmək üçün götürülür.
Dostları ilə paylaş: