3. Hədəf qrupları
Almaniyada təhsil və karyera məsləhəti xidmətinin hədəf qruplarını nəzərdən keçirək:
a) Məktəblər.
Kurs və karyera məsləhəti bütün Landlarda
məktəb kurikulumunun əsas
elementinə çevrilmişdir. Peşə məktəblərinin əksəriyyəti iş həyatına hazırlığı (Arbeitslehre) ayrıca
bir fənn kimi tədris edir, lakin digər ümumtəhsil məktəblərində bu fənn iqtisadiyyat, mühəndislik
və ya ev iqtisadiyyatı kimi fənlərə (qrammatika məktəblərində də ictimai elmlərin tədrisinə)
inteqrasiya edilir. 9-cu və ya 10-cu siniflərdə karyera məsləhəti xidmətinə tez-tez müəssisələrə
səfərlər və bir həftədən üç həftəyə qədər davam edən iş təcrübəsi daxildir.
b) Ali təhsil müəssisələri.
Ali təhsil müəssisələri haqqında Çərçivə Qanununa əsasən, ali təhsil
institutları tələbələri və kurs abituriyentlərini kursun imkanlarıyla tanış etməyə və onları əlavə
ixtisaslaşdırılmış kurslarla dəstəkləməyə borcludurlar.
Həmçinin, ali təhsil müəssisələrindən
peşəyönümünə və dövlət imtahanlarına cavabdeh olan orqanlarla əməkdaşlıq etmək tələb olunur.
Əksər universitetlər və bəzi texniki kolleclər (Fachhochschulen) karyera məsləhəti kursları üçün
mərkəz yaradıblar.
c) Məşğulluq agentlikləri.
Məşğulluq agentlikləri həm peşə və təhsil kursunun seçilməsi və ya
əmək bazarı ilə bağlı bütün suallara cavab verir, həm də təlimə hazırlığın və peşə qabiliyyətinin
qiymətləndirilməsi üçün diaqnostik vasitələrin hazırlanmasında iştirak edir. Federal Məşğulluq
Agentliyinin (BA) karyera məsləhəti məktəblərin biznes və iş dünyasına təqdim etdiyi sorğudan
yola çıxır və
karyera rəhbərliyi mövzusunda, əmək bazarında təlim yerlərinin tapılmasında
məktəblərə dəstək verir.
Avropada təlim imkanlarının reallaşdırılmasına və maneələrin aradan qaldırılmasına töhfə
vermək üçün 2005-ci ilin əvvəlində Federal Məşğulluq Agentliyi 15 regional mərkəzin təqdim
etdiyi bütün xidmətləri özündə birləşdirən “Avropaservis”i qurdu [6]. Bu,
Avropa Məşğulluq
Xidmətinin (EURES), Avropa karyera yönləndirmə mərkəzlərinin (EBZ) vahid xidmət
qurumunda birləşdirilməsi demək idi. Hər bir regional mərkəz digər Avropa ölkələrində təlim,
təhsil və iş barədə məlumat verən və işə qəbulla bağlı danışıqlar
aparan məsləhətçilər və
vasitəçilərdən yığılmış komandadan ibarətdir.
Məşğulluq agentlikləri tərəfindən təqdim olunan təlimatın digər vacib məqamı əmək bazarı və
ali təhsillə bağlı məşğulluq perspektivləri haqqında məlumatdır. Federal Məşğulluq Agentliyi
tələbələrə və ali təhsilli məzunlara istiqamət vermək və onlara iş tapmaqda kömək etmək üçün ali
təhsil müəssisələrinin geniş institutlarında xüsusi ali təhsil komandaları saxlayır. Fərdi bələdçiliklə
yanaşı, bu komandalar ali təhsil, karyera və əmək bazarı ilə bağlı bir çox mövzularda təqdimatlar,
vörkşoplar və seminarlar təklif edir.
d) Sosial tərəfdaşlar və müəssisələr.
İşəgötürənlərin assosiasiyaları, palatalar və ayrı-ayrı
müəssisələr çox uzun müddətdir ki, əmək (karyera) yarmarkaları, davamlı təlim yarmarkaları,
mübadilə proqramları kimi peşə və karyera məsləhətinin müəyyən formalarına cəlb olunublar. Son
illər onlar məktəblərdə karyera məsləhətinin inkişafına getdikcə daha çox həvəs göstərirlər.
Nəticə.
1 yanvar 1998-ci ildə Məşğulluğun Təşviqi Aktının (AFG) İctimai Kodeksin
(Sozialgesetzbuch) III cildi ilə əvəz edilməsi ilə Federal Məşğulluq
Agentliyinin karyera
məsləhətindəki inhisarına son qoydu və bazar bu sahədə bələdçilik xidməti göstərən özəl
təchizatçılara da açıldı. Keyfiyyət və təminat çeşidliliyinin artması özəl təchizatçıların getdikcə
daha qarışıq və bir qədər də qeyri-şəffaf bazarının yaranmasına gətirib çıxardı. Beləliklə, elə həmin
il şəffaflığı təmin etmək üçün Almaniya Təhsil və Karyera Məsləhəti Assosiasiyası
tərəfindən
karyera məsləhəti reyestri (BBR) yaradıldı [7]. Karyera məsləhətçiləri və karyera rəhbərliyi təklif
edən qurumlar bu reyestrə daxil olmaq üçün müraciət edə bilərlər. Digər məsələlərlə yanaşı, onlar
ali təhsilin uyğun kursunu bitirdiklərini, karyera məsləhəti sahəsində geniş təcrübəyə sahib
olduqlarını sübut etməyi bacarmalı və müntəzəm olaraq təlim və nəzarətdən keçməlidirlər. Onlar
öz fəaliyyətlərində
həm milli, həm də beynəlxalq keyfiyyət standartlarını, o cümlədən Təhsil və
Peşə Məsləhəti üzrə Beynəlxalq Assosiasiyanın (IAEVG/AIOSP) etik standartlarını nəzərə alırlar.
Hər dörd ildən bir bu meyarlara kimin cavab verdiyini və davam etmək üçün tövsiyə
olunduğunu müəyyənləşdirmək üçün reyestr yenidən nəzərdən keçirilir.