layihəsi çərçivəsində iş təcrübəsi müddətinin imkanlarını və məhdudiyyətlərini araşdırıb. Bu
layihədə 9-cu və 10-cu sinif şagirdləri (Almaniyada məktəblərin bir çoxunda orta təhsil 12,
gimnaziyalarda 13 ildir) müəssisələrdə iş təcrübəsinin hazırlanmasına,
həyata keçirilməsinə və
sonrakı qiymətləndirilməsinə dair yazılı sorğu anketini doldurublar. Səfər edilən məktəblərin
ərazisinə düşən müəssisələrdə çalışan peşə müəllimlərindən və təlim heyətindən də müsahibələr
götürülüb. Nəticələr göstərir ki, gənclərin təxminən 40%-i məktəbi tərk edərkən hələ də xüsusi bir
peşə ilə məşğul olmaq kimi arzusu olmur. Buna görə də karyera məsləhəti xidmətinin ümumi plana
daha tez daxil olunması məqsədəuyğundur. Bu
layihənin nəticələrinə əsasən, BIBB hazırda
məktəblər arasında iş təcrübəsiylə bağlı informasiya axınını təmin etmək üçün veb platforma
dizayn edir [4].
1999-2007-ci illər arasında Federal Təhsil və Tədqiqat Nazirliyi (BMBF) tərəfindən gənclər
üçün karyera məsləhətini daha da innovativ, transfer oluna bilən etmək üçün “Məktəb – biznes /
iş həyatı” (Schule – Wirtschaft/Arbeitsleben) proqramı həyata keçirilib. Bu proqramın gedişində
aşağıdakı layihələri maliyyələşdirmək üçün ümumilikdə 30 milyon avro ayrılıb:
Müəllimlərin, tələbələrin, valideynlərin və müəssisələrin yeni peşə və təlim imkanları
ilə bağlı məlumat çatışmazlığını aradan qaldırmaq;
Orta məktəblərlə təlim müəssisələrindəki partnyorlar,
ticarət birlikləri, ali təhsil
institutları və peşə məktəbləri arasındakı əməkdaşlığın yeni formalarını
inkişaf
etdirmək və möhkəmləndirmək;
Perspektivli gələcəyi olan yüksək innovativ sənaye sahələrini proqrama cəlb etmək;
Zəif infrastrukturu olan ərazilərdəkilər də daxil olmaqla,
tələbələri alternativ təlim
yollarından xəbərdar etmək;
Aztəminatlı tələbələrə onların təlim almaq perspektivlərini yaxşılaşdırmaq üçün xüsusi
yardım göstərmək;
Məktəbdə təlimçilərin və müəllimlərin peşə təlimi sahəsində öz bacarıqlarını inkişaf
etdirməsi üçün yeni media və kompüter texnologiyalarını müstəqil öyrənməyə açıq
hala gətirmək.
Proqram 1999-cu ilin payızında başlayandan bəri bütün Landlarda (Almaniya
inzibati ərazi
bölgüsünə görə 16 federal torpaqdan – “Land”dan ibarətdir) ümumilikdə 46 layihə
maliyyələşdirilib [5].
Dostları ilə paylaş: