ŞƏhla məHƏMMƏd qizi rzayeva leyla zakir qizi əLİyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə186/253
tarix25.12.2023
ölçüsü2,8 Kb.
#194480
növüDərs
1   ...   182   183   184   185   186   187   188   189   ...   253
Rzayeva.-qtisadi-fikir-tarixi

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


275 
MÖVZU 14. İNSTİTUSİONAL-SOSİOLOJİ 
İSTİQAMƏT 
 
1.
 
İnstitusional iqtisadiyyatın yaranması, inkişafı və 
tətbiqi parametrləri 
2.
 
Normalar institutlarının baza elementləridir 
3.
 
İctimai seçim nəzəriyyəsi: normalar səmərəli 
seçimin nəticəsidir 
4.
 
Razılıq iqtisadiyyatı: normalar səmərəli davranı-
şın ilkin şərtidi 
 
 İnstitusional iqtisadiyyatın yaranması,
inkişafı və tətbiqi parametrləri 
Son illər dünyada institusional iqtisadi nəzəriyyə və insti-
tusionalizmə, xüsusən də onun yeni cərəyanlarına ciddi maraq 
göstərilir. Bu da əsasən “İqtisadi nəzəriyyə” elminə xas olan 
bəzi müddəalardakı məhdudiyyətləri (məsələn, tam rasionallıq, 
mütləq məlumata malik olma, təkmil rəqabət, qiymət tarazlığı 
aksiomları və sair) aşaraq, müasir iqtisadi (və qeyri-iqtisadi) 
proseslərin kompleks (ETİ-nin müasir nailiyyətlərindən istifadə 
etməklə) təhlil olunması zərurətindən doğur. 
İnstitusionalizm iqtisadi inkişafda diqqəti sosial təsisat-
ların roluna yönəldən nəzəriyyələrin məcmusudur. Başqa sözlə, 
iqtisadi qərarların qəbul edilməsi və yönəldilməsi sahəsində 
təsisatların oynadığı rola əsasən diqqət yetirən iqtisadi fikir 
istiqamətidir. 
İnstitusionalizmin iki əsas qolu mövcuddur: a) ənənəvi və 
ya köhnə institusionalizm; b) yeni institusionalizm və ya 
neoinstitusionalizm. 
Dar mənada “ənənəvi institusionalizm” dedikdə XX əsrin 
birinci yarısında amerikalı institusionalistləri (banisi T.Veblen-
dir), geniş mənada iqtisadi fikrin institusional cərəyanını, 
həmçinin alman neoliberalizmini (M.Veber, V.Zombart, V.Oy-


276 
ken) də aid etmək olar. Ənənəvi institusionalizm kifayət qədər 
fərqli konsepsiyaların məcmusudur. Onların arasında aşağıdakı 
konsepsiyalar daha məşhurdur: “postindustrial cəmiyyət” və ya 
informasiya cəmiyyəti nəzəriyyəsi 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin