298
kasına institusional mühitin funksiyası kimi baxmaq olar. Mə-
sələn, istehlak tələbi korporasiyaların artması mənafeyindən
çıxarılır. Lakin burada C.Helbreyt inandırmaq
üçün istehlak
reklamlarına üstünlük verir, ancaq ekzogen üstünlüyə fikir ver-
mir.
İnstitusional iqtisadiyyat öz inkişafında iki yol keçmişdir:
1) neoinstitusional iqtisadiyyat; 2) yeni institusional iqtisa-
diyyat.
Mahiyyət etibarilə bu hər iki anlayış
bir-birinə oxşasalar
da onların arasında xeyli fərq vardır.
Yuxarıda biz "köhnə instituasionalizmdən" söhbət açar-
kən institusionalizm "ağacı" üzərində dayanmışdıq. Bu institu-
sionalizm "ağacının" inkişafı iki istiqamətdə inkişaf etmişdir:
neoinstitusional iqtisadiyyat və yeni institusional iqtisadiyyat.
İlk baxışda hər iki terminoligiya bir-birinə oxşasalar da, onların
özlərinin ayrı-ayrı paradiqmaları vardır. Əvvəla qeyd edək ki,
neoinstitusionalizm üçün neoklassiklərin "sərt özəyi" dəyiş-
məzdir. İnstitutların predmetinə yeni
bir ünsür əlavə olunursa
neoklassiklərin “müdafiə örtüyü” nəzəriyyəsindən istifadə edə-
rək onları təshih edirlər. Məhz buna görə də neoinstitusional
iqtisadiyyatı tez-tez "iqtisadi imperializm" adlandırırlar. Neo-
institusional iqtisadiyyat ənənəvi olaraq mikroiqtisadi ünsür-
lərdən imtina etmirlər. Onlar çalışırlar ki,
neoklassik nəzə-
riyyəni vaxtı ilə onlar üçün xarici olan amillər əsasında izah
etsinlər. Buraya onlar aşağıdakıları əlavə edirlər: ideologiya,
davranış normaları, qanunlar, ailə və s. İkinci
istiqamət olan
yeni institusional iqtisadiyyat, əksinə, çalışır ki, yeni institu-
sional nəzəriyyə yaratsınlar və bu
istiqamətin nümayəndələri
istəyirlər ki, onların yaradacağı yeni institusional iqtisadiyyatın
neoklassiklərin keçmiş postulatları ilə heç bir əlaqəsi olmasın.
Neoinstitusionalizmin yaradıcısı
Dostları ilə paylaş: