302
masiyanı emaldan keçirirsə o zaman o qabaqcadan özünə qəbul
edilə biləcək seçimi P
1
və Q
1
meyillənir və birinci variant üzə-
rində dayanır və məqbul kimi (r) götürür.
Yeni institusional iqtisadiyyat ekzogen xarakterli üstün-
lüyü və onun sabitliyini şübhə altına qoyur. D.Nort göstərir ki,
institutların qarşılıqlı fəaliyyəti ikili xarakter daşıyır. İnstitutlar
maraqlara təsir göstərir, eyni zamanda fərdlər institutların
çərçivələrini dəyişirlər.
Yeni institusional iqtisadiyyatın proqramı dolğun şəkildə
müqavilələr iqtisadiyyatının nümayəndələri L.Teveno, O.Fav-
ro, A.Orlean və P.Buaye işləmişlər. Müqavilələr iqtisadiyyatı
çox gənc, lakin sürətlə inkişaf edən institusional istiqamətlər-
dən biridir. Müqavilələr iqtisadiyyatı keçən əsrin 80-ci illərində
Fransada yaranmışdır. Yaranmış bu cərəyana aşağıdakı elm
istiqamətləri daxil idi: neoklassiklərin nümayəndələri, sosioloq-
lar, tənzimlənmənin postmarksist nəzəriyyəçiləri və filosoflar.
Müqavilələr iqtisadiyyatının həlledici təhlil nöqtəsi fərdlər
arasında olan ümumi razılıqların qarşılıqlı fəaliyyəti idi.
Nəticə etibarilə qeyd edə bilərik ki, mövcud olan, lakin
bir-birindən fərqlənən iki radikal yanaşma məhdudiyyətin yeni
tipini təşkil etməyə imkan verir ki, bu da iqtisadi nəzəriyyədə
mühüm əhəmiyyət kəsb edir.
Dostları ilə paylaş: