296
tədqiqatlarda fərdlərin əvəzinə institutlar təhlil edilir.
Başqa
sözlə desək, fərdin xarakteristikası institutlardan çıxarılır.
Burada institutlar birinci, fərdlər isə ikincidir.
“Köhnə” institusionalizmə daha geniş cavab vermək üçün
bu elmi istiqamətin bəzi nümayəndələrinin fikirlərinə diqqət
yetirək. Bu sahədə
K. Marksın, T. Veblenin, K. Polanın və
C. Helbreytin
xidmətlərini xüsusi qeyd etməliyik.
K.Marks
"Kapital" (1867)
əsərində xolizm metodundan
və institusional determinizmdən geniş istifadə etmişdir. Bu
baxımdan K.Makrsın fabrik və ilkin kapital yığımı haqqında
olan nəzəriyyələri daha səciyyəvidir. Öz təhlilində K. Marks
maşınlı istehsalın meydana gəlməsini və onun istehsal prosesi
və mübadiləyə nə cür təşkilati təsir etdiyini qeyd etmişdir.
K.Marks göstərirdi ki, kapitalist ilə muzdlu əmək arasında olan
münasibətlər sistemi təşkilati formanı təşkil edir və əmək
bölgüsü forması alır:
təbii
əmək bölgüsü
kooperasiya
manufaktura və
mütləq izafi dəyər
istehsalı
hissə fəhləsinin meydana
gəlməsi
maşınların yaranması
fabrik
nisbi izafi dəyər
istehsalı.
Əgər biz ilkin kapital yığımının mahiyyətinə varsaq görə-
rik ki, bu tarixi prosesdə institusionalizm
ünsürləri müşayiət
olunur. Daha dəqiq desək, ilkin kapital yığımında institu-
sionalizm variantlarından
olan determinizm, yəni leqal deter-
minizm vardır. VII və VIII əsrlərdə Krak Genrix və I Kral
qanunverici aktlar qəbul etmişlər. Bu qərarlara görə ictimai və
kilsə torpaqları qəsb edilmişdir. Digər tərəfdən dilənçiliyə qar-
şı, əməkhaqqının artırılmaması barədə qərar verilmişdir. Bu
proseslərin nəticəsində muzdlu əmək bazarı və kapitalistcəsinə
muzdlu sistem yaranmağa başladı.
Göstərdiyimiz bu fikirləri
Karl Polani də etdirirdi. Polaninin fikrincə dövlətin iqtisa-
diyyata nüfuz etməsi resurs bazarlarının və əmək bazarının
yaranmasına səbəb olmuşdur.
297
Məlumdur ki, dövlətin müdaxiləsi nəticəsində Qərbi Av-
ropada kütləvi surətdə daxili bazar yaranmağa başladı. Bu ba-
zarın yaranması lokal bazarların təbii təkamülünün nəticəsi de-
yildir. Belə bir təhlil ilk növbədə ona görə maraqlıdır ki,
lokal
və mərkəzləşdirilmiş qiymətqoyma arasında dərin ziddiyyət
vardır.
T.Veblen
özünün "Təbii siniflər nəzəriyyəsi" (1899) kita-
bında xolizm metodologiyasının tətbiqini verir və bunun
əsasında vərdişin rolunu təhlil edir. T.
Veblenə görə vərdiş
institutlardan biridir, fərdin bazarda, siyasi sferada, ailədə olan
davranışını öyrənir. T.Veblen müasir insanları onların çox
qədim vərdişləri ilə bağlayır, onların bir-biri ilə rəqib olduğunu
təbliğ edir. Fərdlərin bazarda özlərini aparmalarını qədim
vərdişlə - rəqabətlə (rəqib) əlaqələndirir.
Dostları ilə paylaş: