299
üçün yeni bir proqram yaratmışdır ki, onun nəzəriyyəsi "mü-
dafiə örtüyü " ilə sıx surətdə əlaqədardır.
Neoinstitusionalistlər aşağıdakı konseptual problemləri
irəli sürürdülər: əvvəla, onlar ilk növbədə mülkiyyət forma-
larına və kontraktlar formasında həyata keçirilən mübadiləyə
geniş spektrdə baxırdılar. Xüsusi mülkiyyət ilə bərabər, kollek-
tiv, dövlət, səhm formasında olan mülkiyyət formaları da təd-
qiq edilir, onların müqayisəli təhlili verilir və bazarda səmərəli
sövdələşmə nəzərə alınır. Mülkiyyət
hüququ və optimal kont-
rakt nəzəriyyəsinin tədqiqat proqramının məzmunu qeyd etdik-
lərimizdən ibarətdir. Mülkiyyət hüququ nəzəriyyəsi anlayışının
nümayəndələri R.Kouz, R.Pozner, S.Peyoviç optimal kontrakt
nəzəriyyəsinin nümayəndələri isə S.C.Stiqlits, Y.Maknili idilər.
Məlumdur ki, dövlətin mülkiyyət hüququnu müdafiə
etməsi məqsədilə ictimai seçim nəzəriyyəsi yaranmışdır. Bu
nəzəriyyənin ən güclü nümayəndəsi
C.Byukenen
və
Q.Tallok-
dur
. İctimai seçim nəzəriyyəsindən konstitusiya iqtisadiyyatı
(V.Vanber) törəmişdir. Konstitusiya iqtisadiyyatında neo-
klassik nəzəriyyə ilə ictimai seçim və qaydalar nəzəriyyəsinin
ünsürləri kombinələşdirilir.
Nəhayət, problemin belə bir tərəfini də qeyd etməliyik
ki, istehsal xərcləri və ya transformasion xərclərlə yanaşı, neo-
institusionalistlər transsaksion xərclərin olmasını da əsaslandır-
mışdırlar. Transsaksion xərclər dedikdə onlar mərkəzləşdi-
rilmiş xərcləri, yəni sövdələşmə zamanı meydana çıxan məs-
rəfləri nəzərdə tuturlar (R.Kouz, O.Uilyanson). Yeni iqtisadi
tarix (D.Nort) transsaksion xərclər və mülkiyyət hüququ nəzə-
riyyəsinin öyrənilməsini təhlil etmək üçün meydana çıxmışdır.
T.Eqqertson D.Nortun yanaşmasına
əsaslanaraq xərc-
lərin aşağıdakı növlərini ayırır:
- informasiya axtarışı;
- danışıqların aparılması;
- kontraktların tərtib edilməsi;
- monitorinq;
300
- kontraktların icrasına məcburetmə;
- üçüncü şəxslərdən qoruma.
Bir təsnifat da K.Dalmanın əsərində verilmişdir və sonra
bir sıra rus müəllifləri, məsələn, R.Kapelyuşnikov
tərəfindən
istifadə edilmişdir. Bu təsnifatda transaksiya xərclərinin
aşağıdakı növləri ayrılır:
- informasiya axtarışı və alternativlərin aşkar edilməsi;
- danışıqların aparılması və kontraktların bağlanması;
- mülkiyyət hüquqlarının spesifikləşdirilməsi və müda-
fiəsi;
- opportunist davranış.
Gördüyümüz kimi, bu təsnifat
Nort - Eqqertsonun təsni-
fatına yaxındır, amma onda bəzi xərc növləri (məsələn, danı-
şıqların aparılması və kontraktların bağlanması xərcləri) birləş-
dirilmişdir, əksinə, bəzi xərc növləri isə (məsələn, ölçülmə
xərcləri ayrıca verilmişdir) bölünmüşdür.
22
Yeni institusional iqtisadiyyat neoklassiklərin "sərt özək-
lərində" baş verən dəyişiklikləri öyrənmək üçün dəyişkənliyə
uğramışdır. Bu məqsədlə zərbəni Valrasın-Errounun-Debrenin
oyunlar nəzəriyyəsindən başlamaq lazımdır. İnstitutlar nə-
zəriyyəsini oyunlar nəzəriyyəsinə daxil etmək olmaz,
çünki
oyunlar nəzəriyyəsi iqtisad elmində müstəqil bölmədir.
Yeni institusional iqtisadiyyat modelinin dilini oyunlar
nəzəriyyəsi formalaşdırmışdır. Oyunlar nəzəriyyəsi aşağıdakı
şərtlər üzərində təşəkkül tapmışdır: a) bir neçə müvazinət nöq-
təsi mövcud ola bilər; b) müvazinətlik nöqtəsi hökmən deyil-
dir ki, Paretonun optimum nöqtəsi ilə üst-üstə düşsün; c) mü-
vazinətlik, ümumiyyətlə, mövcud olmaya da bilər.
Səmərəli seçim modeli Q.Saymon tərəfindən sərt şəkildə
tənqid edilmişdir. Onun nəzəriyyəsi
olan tam olmayan səmə-
rəlilik informasiya xərclərini və koqnitiv məhdudluğu nəzərə
22
Bax: İnstitusional iqtisadiyyat. Yeni institusional iqtisadi nəzəriyyə.
Dərslik. Ə.P.Babayevin ümumi redaktəsi ilə rus dilindən Azərbaycan dilinə
tərcümə olunub. Bakı, 2013, səh 105.
301
alır. Q. Saymonun nəzəriyyəsində nəzərdə tutulur ki, sövdələş-
mə haqqında fərd istənlən informasiyanı toplaya bilər. Lakin o
toplanmış informasiyanı optimal surətdə emal edə bilməz. Q.
Saymonun fikrincə ağıl, qabiliyyət, bacarıq informasiyanın
emal edilməsi üçün nadir tapılan resursdur.
Səmərəli seçim
modelinin əsasında səmərəli seçim dayanır. Bununla belə
koqnitiv məhdudiyyət uçotu tələb edir ki, optimallaşma
prinsipinə yenidən baxılsın. O məqbulluq prinsipini dəyişir.
Dostları ilə paylaş: