ŞƏhla məHƏMMƏd qizi rzayeva leyla zakir qizi əLİyeva


İctimai seçim nəzəriyyəsi: normalar səmərəli



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə198/253
tarix25.12.2023
ölçüsü2,8 Kb.
#194480
növüDərs
1   ...   194   195   196   197   198   199   200   201   ...   253
Rzayeva.-qtisadi-fikir-tarixi

 
 İctimai seçim nəzəriyyəsi: normalar səmərəli
seçimin nəticəsidir 
İctimai seçim nəzəriyyəsi "səmərəli" normaları ifadə edən 
bir cəhddir. Yəni bu o deməkdir ki, normalarda insanlar sə-
mərəli seçimi dərk edə bilsinlər. Deməli, səmərəli seçim mo-
deli ilə normalara riayət edilməsi modeli arasındakı ziddiyyət 
götürülür. İctimai seçim nəzəriyyəsi hər şeydən əvvəl hüquqi 
normaları öyrənir. Bu hüququ normalar elə normalardır ki, on-
lar siyasi seçkilərin nəticəsini və qeydə alınmış hüququ öyrənir. 
Hüquqi normaları izah etmək məqsədilə səmərəli seçimin 
neoklassik modelindən istifadə olunur. Xüsusi olaraq qeyd 
edilir ki, siyasət mürəkkəb institusional prosesdir. Bunun əsa-
sında insanlar müxtəlif alternativ variantlar seçirlər, öz qiymət-
lilikləri ilə onları müqayisə edirlər. Belə ki, guya onlar bazar-
larda əmtəələri seçirlər. Bu proses daxilində istənilən əmtəəyə 


306 
üstünlük verilir. Başqa sözlə desək, normalar və qaydalar o 
zaman təzahür edirlər ki, fərdlər qarşılıqlı olaraq siyasi bazarda 
fəaliyyət göstərsinlər. Buradan normaların aşağıdakı meyarı 
təzahür edir: onların səmərəliliyi. 
Normalar o zaman səmərəli olurlar ki, onda onlar fərdi 
qiymətliliyə əsaslanır və fərdi maraqların qarşılıqlı faydalıq 
əsasında reallaşdırılmasına səbəb olurlar. Siyasi qarşılıqlı fəa-
liyyətdə bazarın müxtəlifliyini, normalarda isə əmtəələrin və 
xidmətlərin analoji obyektini görmək ictimai seçim nəzəriyyəsi 
üçün üç mərkəzi postulatın seçilməsinə imkan verir: metodoloji 
individualizm, bazar seçimi modeli, mübadilə konsepsiyasının 
siyasətə tətbiq edilməsi. 
Qeyd edək ki, səmərəli seçim obyekti kimi bütün hüququ 
normaların hamısı çıxış edir. Buraya konstitusiyadan tutmuş 
qanuni aktlar da daxil edilir.
Beləliklə, F. Xayekin demokratik modelinə nail olunur. 
F.Xayekin demoqrafik modelinə görə dövlət quruluşu konstitu-
siyanın ardıcıl seçiminə, hökumətin verdiyi qanunlara və büro-
kratik aparatın daxili normalarının fəaliyyətinə əsaslanır. Lakin 
burada çətinlik meydana çıxır. Yəni optimal normalar seçi-
lərkən ziddiyyətlərə rast gəlinir. 
Səmərəli normalar razılığın, mübadilə edənlər arasında 
konsensusun olmasını tələb edir. Burada söhbət həmrəy razılaş-
madan gedir. Demokratik çərçivələr daxilində reallaşdırılır. 
Hökumət modelinin əsasında dayanan hüququ seçim nümayən-
dələri normaların səmərəsini aşağı salır. İş burasındadır ki, 
seçicilər tərəfindən seçilmiş orqanların üzərində olan nəzarət
biletsizlərin vəziyyəti kimidir. 
Bütün vətəndaşlar maraqlıdır ki, nəzarət olsun, lakin heç 
kim maraqlı deyil ki, informasiyanın yayılması və emal edil-
məsi üçün müəyyən xərclər olsun. Bu xərclər eyni zamanda nə-
zarətin olmasını da təsdiqləyir. Belə bir şəraitdə lobbizm mey-
dana gəlir. Bu zaman mənafelər cəmiyyətə deyil, ayrı-ayrı 


307 
qrupların təsirinə məruz qalaraq onların mənafeyinə xidmət 
edir.
Səmərəli normaların ardıcıl seçilməsi "axmaq sonsuz-
luqla" əlaqədardır. Məsələn, Konstitusyanı qəbul etmək üçün 
qabaqcadan seçim təşkil edilir. Başqa cür desək razılığa nail 
olmaq üçün irəlicədən konsensus təşkil etmək lazımdır. 
Adi üsul üzrə normaların seçilməsi üstünlüyün nəyə ve-
rilməsini üzə çıxarır, səsvermə isə paradoksla toqquşur. (Kon-
dors paradoksu, K.Errounun qeyri-mümkünlük nəzəriyyəsi). 
Kollektivin nəyə üstünlük verməsini müəyyən etmək lazımdır. 
Belə bir misala müraciət edək: üç fərd A, B, C üç norma 
arasında seçim həyata keçirir - I, II və III hər bir fərdin üs-
tünlük dərəcəsi normalar vasitəsilə matrisdə verilmişdir. I 
nisbətən üstün normadır, III isə nisbətən aşağı: Bax cədvəl 1. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   194   195   196   197   198   199   200   201   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin