ŞƏhla məHƏMMƏd qizi rzayeva leyla zakir qizi əLİyeva


Neoklassik modelin tətbiqi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə190/253
tarix25.12.2023
ölçüsü2,8 Kb.
#194480
növüDərs
1   ...   186   187   188   189   190   191   192   193   ...   253
Rzayeva.-qtisadi-fikir-tarixi

 
Neoklassik modelin tətbiqi
parametrlərinin digər amilləri 
 
Neoklassik bazar modelinin mühüm amillərindən biri də 
sövdələşmədə iştirak edənlərin minimum qarşılıqlı asılılığıdır. 
Burada həlledici hal kimi götürülür ki, hər hansı birinin seçimi 
digər fərdin seçiminə mane olmasın və ona təsir etməsin. 
Qərarın qəbul edilməsi haqqında minimal qarşılıqlı asılılıq 
müəyyən bir bazar strukturu daxilində ola bilər. Lakin burada 
sövdələşmə rəqabətli bazar çərçivəsi daxilində həyata keçirilə 
bilər. Bazarın təkmil rəqabətin meyarına uyğun gəlməsi üçün 
aşağıdakı şərtlər yerinə yetirilməlidir.: 
1)
Sövdələşmənin iştirakçılarının çox olması. Lakin on-
ların payının məcmusu sövdələşmədə çox olmamalıdır; 
2)
Mübadilə standartlaşdırılmış və eyni adlı məhsulla 
həyata keçirilir; 
3)
Alıcılar alacaqları məhsul haqqında hər cür infor-
masiyaya malikdirlər; 
4)
Satıcılar satacaqları məhsullar üzrə hər cür infor-
masiyaya malikdirlər; 
5)
Bazara daxil olmaq və ya bazardan çıxmaq istəyənlər 
üçün azadlıq təmin olunmuşdur, lakin onlar üçün qovuşmaq 
stimulu yoxdur. 
Təkmil rəqabət şəraitində resurslar iqtisadi seçim ob-
yektinə çevrildikləri üçün iqtisadi seçim obyektləri qeyri-spe-
sifik resurslara çevrilir ki, bu da onların eyni qiymətli resurs-
lara çevrilməsi əleyhinə çıxa bilmir, yəni onlara qarşı uyğun 


288 
əvəzedici tapmaq çətinləşir. Əgər istifadə edilərsə, onlar eyni 
qüvvəyə malik olacaqdır.
Tam olmayan məşğulluğun səbəbini H.Kaldor inhisarçı 
rəqabətdə görür. Eyni zamanda tam olmayan işsizliyə bazarda 
baş verən neoklassik müvazinətlik də mənfi təsir göstərir. 
Keynsçi makroiqtisadiyyatın təbii çərçivəsi mikroiqtisadi inhi-
sarçı rəqabətdir. Beləliklə, neoklassik modelin tətbiqi para-
metrlərini müəyyən edən ikinci amil kimi bazar strukturu çıxış 
edir. 
İnstitusional iqtisadiyyatın tətbiqi parametrlərindən biri 
də "insan kapitalı" amilidir. Real bazarın təhlili üçün tətbiq 
edilən neoklassik modelin mahiyyəti ondan ibarətdir ki, insan-
ların seçdiyi ideal "insan kapitalı"na uyğun gəlməlidir. Neo-
klassiklər bu problemə tələb olunan səviyyədə cavab vermirlər, 
çünki onlar səmərəliliyə istinad edir və insanı kalkulyatorun 
gördüyü işlə eyniləşdirirdilər. Neoklassik model isə insanların 
özlərini nə cür aparmalarına əsaslanırdı. Belə ki, yeni klassiklər 
insanların davranışı üçün yeni tipli model təklif edirlər. Bazar 
sövdələşmələrində iştirak edən insanların davranışının marağı 
əsaslı olaraq Adam Smitin nəzəriyyələrində verilmişdir. 
Neoklassik bazarda sövdələşmənin ideal iştirakçısı olan 
insan nə vəziyyətdədir? Bu suallara cavab vermək üçün aşağı-
dakı şərtlərə diqqət yetirmək lazımdır. 
Birincisi, insan məqsədəuyğun istiqamətləndirilməlidir. 
K.Marksdan sonra Veber məqsədəuyğun istiqamətləndirmə de-
dikdə aşağıdakıları başa düşürdü: xarici amillərin parametrləri-
nin və digər insanların davranışını gözləməli, “şərait” baxımın-
dan ondan istifadə etmək nəticəsində öz səmərəli məqsədini 
reallaşdıra bilməlidir. Məqsədəuyğun istiqamətləndirilmiş in-
san həm öz seçimində müstəqildir, həm də seçimə nail olmaq 
məqsədilə istifadə edəcək vəsaitlərin seçimində azaddır. 
İkincisi, "insan kapitalın" özünü aparması utilitar mən-
fəətpərəst olmalıdır. Başqa sözlə, onun fəaliyyəti, tələbatının 
maksimum ödənilməsinə, güddüyü qaydaya tabe olmalıdır. 


289 
Məhz qayda, səmərə insanlığın mənafeyində, onların xoşbəxt-
liyinin əsasında dayanır. İnsanların mənfəətpərəstliyini (utili-
tarizm) iki yerə ayırmaq olar: sadə və mürəkkəb. Birinci halda 
insanlar öz zövqlərinin maksimumlaşdırılmasına yönəldilir
ikinci halda isə o əldə etdiyi bütün faydaları cəmləyir və onları 
özünün fəaliyyəti ilə əlaqələndirir. Faydalılıq ilə fəaliyyətin 
müqayisəsinin dərk edilməsi və bazar mübadiləsinin iştirak-
çısını xarakterizə edir. 
Üçüncüsü, "insan kapital", hər şeydən əvvəl, sövdələşmə-
nin digər üzvünə münasibətdə empatik hiss bəsləməlidir. O, 
özünü sövdələşmənin digər üzvünün yerinə qoymalıdır və 
onun əvəzinə müşahidə etməlidir ki, mübadilə necə keçir. La-
kin qeyd edək ki, heç bir müşahidə başqalarının nələr hiss etdi-
yini ifadə edə bilmir. Belə ki, biz insanların nələr duyduğunu, 
hiss etdiklərini müəyyən edə bilmirik. Emosionallıq boyası ilə 
bəzənən bu simpatik empatiya bitərəfdir, insafsızdır və qərəz-
sızdır: biz özümüzü şəxsi simpatiyamız olan hər-hansı bir 
adamın yerinə də qoya bilərik. 
Dördüncü, bazarda olan sövdələşmə üzvləri arasında 
etibar olmalıdır. Heç nə, hətta elementar sövdələşmə iştirak-
çıları arasında minimum etibar əsasında belə mübadilə (sövdə-
ləşmə) olmamalıdır. Məhz sövdələşmələr arasında mövcud 
olan etibarlılıq kontragentin özünü aparmasını irəlicədən müəy-
yən etmək imkanı verir. Eyni zamanda bazarda baş verə bilə-
cək sabitliyin gözlənilməsinə şərait yaradır. Belə bir tezis irəli 
sürülür ki, mən başqasına inanıram, əgər o mənim gözləmələ-
rimdə məni aldatmırsa və ya mənim sövdələşmələrimdə mənə 
mane olmursa. Əgər sövdələşmə barədə qarşılıqlı etibar olmaz-
sa, sövdələşmə o zaman səmərəli olmayacaq və sövdələşmə 
aktı bağlanmayacaqdır. 
Bazarda sövdələşmə iştirakçıları interpretativ rasionalist 
qabiliyyətinə malik olmalıdırlar, bu da, öz növbəsində, yuxa-
rıda göstərdiyimiz dörd şərtin sintezini özündə əks etdirməlidir. 
İnterpretativ rasionalizm bir fərdin başqa fərdin fəaliyyətini 


290 
düzgün gözləmələrini formalaşdlrmalıdır, yəni o digər fərdin 
nə edəcəyini və onun planlarını düzgün şərh etməlidir. Eyni 
zamanda, fərdə simmetrik tələb irəli sürülür: digər fərdin hərə-
kətini və fəaliyyətini başa düşməyi yüngülləşdirsin. 
Belə bir sual meydana çıxır: niyə görə bazarda interpre-
tativ rasionalizm zəruridir? İctimai nemətlərin istehsalı və 
bölgüsü dilemma nəticəsində baş verən optimal qərar iştirak-
çıların mübadilə üçün tapa biləcəkləri hansı situasiyalara əsas-
lanır.
İnterpretativ rasionalizmin ilkin şərtləri fokal nöqtələrin
mövcudluğunun əsasıdır. Eyni zamanda, bütün fərdlər tərəq-
qidən seçilmiş variantlar və razılaşmalarda fokal nöqtənin əsa-
sında dayanır. Daxili səbəblərdən törəyən bu və ya digər va-
riantların seçilməsi sosial olan eyni qrupların, eyni zamanda, 
həmin qruplarda mədəniyyətin seçilməsi alternativliyi ilə 
əlaqədardır. 
Həqiqətən fokal nöqtə ümumi hesabat fəaliyyəti ilə və 
qiymətləndirmə ilə, ümumi assosasiya ilə əlaqədardır. Fokal 
nöqtəyə misal olaraq ya şəhərlərdə, ya da binalarda görüş 
yerini göstərmək olar. Razılığa gəldikdə isə davranışın bu və ya 
başqa mənada özünü aparmasından söhbət gedə bilər. Razılığın 
olması fərdə imkan verir ki, onu əhatə edən mühitdən istədiyi-
ni və ya istəmədiyini gözləyə bilsin. Razılaşmalar təsadüfən 
qatarda gedən sərnişinlər vasitəsilə də tənzimlənə bilər. Razı-
lıqlar haqqında söhbət gedəndə bu və ya başqa bir hadisə 
variantında ümumi qəbul olunmuş variant nəzərdə tutulur. 
Razılığın nağd olması o deməkdir ki, fərd özünü elə aparmalı-
dır ki, bunu onu əhatə edən mühit bilir və ya bilmir. Bu hal aş-
karlığın qəbul olunmasını, bir-birinə hörməti və mənafeləri 
müəyyən edir.
Biz yuxarıda qeyd etdiklərimizi nəzərə alaraq aşağıdakı 
nəticəyə gələ bilərik:
Bazarın strukturu konkretliyə daha çox yaxındır, çünki 
qiymətqoyma bazarda mərkəzləşdirilir və ya lokal xarakter 


291 
daşıyır. Belə bir şəraitdə sərbəst informasiya mövcuddur və bu 
hal bütün iştirakçılar üçün xarakterikdir və iştirakçıların hamı-
sı iqtisadi adama yaxındır. 
Neoklassik modelin tətbiqi sferasının minimum azalması 
ilə əlaqədar olaraq, nisbətən mühüm olan problemləri də unut-
maq olmaz. Yuxarıda göstərilən tələb bir-biri üçün ziddiyyət 
təşkil edir. Belə ki, lokal bazar modelində sövdələşmənin 
iştirakçıları xeyli potensialı olan və məhdudluğu olmayanla 
(təkmil rəqabət şəraitində) ziddiyyət təşkil edir. Bu hal mərkəz-
ləşdirilmiş qiymətqoyma ilə ziddiyyət təşkil etmir. Əgər biz 
mərkəzləşdirilmiş qiymətqoymaya diqqət yetirsək görərik ki, o 
sövdələşmə iştirakçıları arasında olan qarşılıqlı etibara zərər 
yetirir. Burada əsas kimi üfüqi etibarlılıq deyil, hərraclara qarşı 
şaqulu etibarlılıq əsas götürülür. Digər tərəfdən sövdələşmənin 
iştirakçılarının bir-birindən minimal asılılığı empatiyanın və 
interpretativ rasionalizmin normaları ilə ziddiyyət təşkil edir. 
Biz kontraqent tərəfində dayanaraq nisbətən öz muxtariyyə-
timizdən və müstəqil qərar qəbul etməkdən imtina edirik. De-
məli, bazarın təşkili, bazarda insanların davranışı bir tərəfdən 
neoklassik modelin tətbiqini məhdudlaşdırır, digər tərəfdən isə 
onu şübhə altına alır. Yeni nəzəriyyəyə olan tələb artır. Bu elə 
bir nəzəriyyə olmalıdır ki, bir tərəfdən yuxarıda göstərdiyimiz 
məhdudiyyəti izah edə bilsin, digər tərəfdən isə bazar modeli 
tərtib olunan zaman həmin ziddiyyəti nəzərə alsın. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin