ŞƏhla məHƏMMƏd qizi rzayeva leyla zakir qizi əLİyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə188/253
tarix25.12.2023
ölçüsü2,8 Kb.
#194480
növüDərs
1   ...   184   185   186   187   188   189   190   191   ...   253
Rzayeva.-qtisadi-fikir-tarixi

C.Byukenenin
"Azadlığın sərhədləri" (1975)
əsərində göstərilir ki, dövlət iki funksiya yerinə yetirir: I – döv-
lət müdafiə edir; II – "dövlət istehsal edir". 
Dövlətin birinci funksiyası insanların razılığının nəti-
cəsidir, onun həyata keçirilməsi konstitusiya aktlarının zəma-
nətinə riayət etməklə həyata keçirilə bilər. Cəmiyyətdə hüquqi 
münasibətlərə riayət etməklə, onlara xidmət göstərmək o de-
məkdir ki, anarxiyadan siyasi təşkilatçılığa sıçrayış edirsən. 
Dövlətin ikinci funksiyası ictimai nemətləri istehsal 
etməkdən ibarətdir. O konstitusiya qanunları əsasında reallaş-
dırılır. Bu funksiya konstitusiya huquqları və azadlıqları əsasın-
da, vətəndaşlar arasında onların birgə tələbatlarının ödənilmə-
sinə əsaslanan özünəməxsus müqavilə şəklində reallaşır. Lakin 
məhz burada əsas təhlükə-dövlətin totalitarlaşması təhlükəsi 
yaranır. Neoinstitusionalistlər dövlətin avtokratik rejimə çev-
rilməməsi üçün bir çox təkliflər irəli sürürlər.
İnstitusional iqtisadiyyatda qaydalar sistemi mövcuddur 
və bu qaydalar sistemi təsnifləşdirilmişdir. Davranış (rəftar) 
qaydalarının müxtəlif tərəfləri vardır. Onu aşağıdakı kimi təs-
nifləşdirmək olar: irsilik, yəni irsən, genetik keçən, mədəniyyət 


281 
vasitəsilə verilən. Genetik yolla keçən davranış qaydaları iki 
yerə ayrılır: sosial və şəxsi. 
Sosial qaydalar qeyri-formal, həm də formal xarakter da-
şıyır. Sosial qaydalar həm adət - ənənələr, həm də hüquqi qay-
dalar əsasında möhkəmləndirilir. Nəhayət, qeyd edək ki, formal 
sosial qaydalar "ictimai" və "xüsusi" hüquqa əsaslanır. 
"Xüsusi" hüquq ayrı-ayrı fərdlərin və qeyri-dövlət təşkilatları-
nın davranışını tənzimləyir. Ancaq "ictimai" hüquq normaları 
daxilində müəyyən edilən qaydalar hökumətin və dövlətin 
fəaliyyətini məhdudlaşdırır.
İnstitusionalist məktəbin ən mühüm problemlərindən biri 
davranış qaydaları və onun təsnifləşdirilməsidir. Bu barədə 
məktəbin yekdil fikri yoxdur. Lakin iqtisadçılar içərisində ən 
alternativ fikir Alman alimi Viktor Vanberqə məxsusdur. Onun 
davranış qaydaları haqqında tərtib etdiyi sxem elmi baxımdan 
nisbətən məqsədəuyğun olduğu üçün həmin sxemi təkrar edirik 
(bax: sxem 14.1). 
Deməli, belə bir təsnifləşdirmənin müəyyən bir əhəmiy-
yəti vardır. Çünki neoinstitusionalistlər bütün qaydaların müx-
təlifliyinə məhz bu prizmadan baxırdılar. Hər bir alternativ 
seçim əsasında yaradılan sxem heç bir xətadan, çatışmazlıqdan 
uzaq deyil, bu sxemdə mövcud strukturlar ifadə olunur, həmin 
proseslərin meydana gəlməsi öyrənilmir, onların təkamülü 
nəzərə alınmır. Onun məhdudluğunu, çatışmazlığını nəzərə alır 
və dixotomik
21
prinsip üstünlüyünü əsas götürürlər. Dixotomik 
üstünlüyün özü məhdud anlayışdır. Dixotomiya müxtəlif tip 
qaydaların qarşılıqlı əlaqəsini və qarşılıqlı təsirini göstərmir.
21
Alternativ seçim.


282 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   184   185   186   187   188   189   190   191   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin