162
Observasiya
epidemiya oca
-
ğında yoluxucu xəstəliklərin qar
-
şısını almaq məqsədilə həyata
keçirilən təcridetmə – məhdud
-
laşdırma və müalicə-profilaktik
tədbirlər sisteminə deyilir.
Observasiya zamanı görülən işlərə aşağıdakılar daxildir:
X
Giriş-çıxışın məhdudlaşdırılması;
X
İnfeksion xəstələrin müəyyənləşdirilməsi, təcrid edilməsi və hos-
pitallaşdı rılması, əhalinin sanitar təmizlənməsi;
X
Təcili profilaktik tədbirlərin görülməsi, sanitar-gigiyenik və epidemiya
əley hinə tədbirlərin gücləndirilməsi.
Observasiya zamanı bütün müalicə-profilaktika tədbirləri olduğu kimi apa-
rılır, yalnız təcridetmə tədbirləri yüngülləşdirilir. İnfeksion zədələnmə ocağında
əhali tibb xidmətinin qoydugu bütün tədbirlərə ciddi riayət etməlidir. Profilaktik
peyvəndlərin keçirilməsindən və dərman qəbulundan heç kim imtina etməməli-
dir. Observasiya müddəti son xəstə təcrid olunduqdan, dezinfeksiya işləri başa
çatdıqdan sonra aradan qaldırılır. Müşahidə olunan şəxslər bu məq sədlə yara-
dılmış observasiya məntəqələrində yerləşdirilir, daimi nəzarət altında saxlanılır.
Bəzən müşahidə zamanı profilaktik peyvəndlər aparılır. Müşahidə olunan şəxs-
lər arasında xəstələr aşkar edilərsə, onlar təcrid edilir, digərləri yenidən sanitar
təmizləmədən keçirilir, otaqlar dezinfeksiya olunur, observasiya müddəti uzadılır.
Bu müddət başa çatdıqdan sonra müşahidə olunan şəxslər karantin zonasını
tərk edir və onlara əmək qabiliyyətini itirmə vərəqəsi verilir, observasiya məntə-
qələrində son dezinfeksiya işləri aparılır. Karantin və observasiya zonalarında
əhali profilaktik olaraq antibiotik və digər preparatlar qəbul edir. Karantin və
observasiya təyin olunduqdan sonra həmin ərazidə dezinfeksiya, dezinseksiya
və deratizasiya həyata keçirilir.
Dostları ilə paylaş: