84
13. SİLAHLARA TEXNİKİ XİDMƏTİN GÖSTƏRİLMƏSİ
Silahların sazlığının yoxlanılması və onlara qulluğun göstərilməsi üçün texniki
xidmət vaxtlı-vaxtında və keyfiyyətli aparılmalıdır.
Sizcə, döyüş əməliyyatı zamanı silahın sıradan çıxması nə ilə nəticə lənə bilər?
Atıcı silahları daima döyüşə ha zır
və
ziyyətdə saxlamaq, istismar zamanı
əmələ gələn hər hansı bir nasazlığı vax
-
tında aşkar edib ara dan qaldırmaq üçün
texniki xidmət
keçirilir.
Atıcı silahların sazlığını, təmizliyini
yoxlamaq, onları yağlamaq və atışa ha zırlamaq məqsədilə
nəzarət baxışı
keçi
-
rilir. Bu, aşağıdakı hallarda aparılır:
X
gündəlik;
X
məşğələyə
və naryada getməzdən əvvəl;
X
təmizləmə vaxtı;
X
döyüş şəraitində dövri olaraq gün ərzində və döyüş tapşırığını yerinə
yetirməzdən əvvəl.
Nəzarət baxışını keçirmə zamanı aşkar olunmuş çatışmazlıqlar yerindəcə
aradan qaldırılır.
Bundan başqa, atıcı silahlara cari texniki xidmət edilir. Bu xidmət yığılmış
və natamam sökülmüş silahların nəzarət baxışından və təmizlənib yağlan ma-
sından ibarətdir.
Cari texniki xidmət aşağıdakı hallarda aparılır:
X
atəşsiz
məşğələlərdən sonra;
X
silahları atəşə hazırlama zamanı;
X
atəş məşğələlərindən sonra;
X
döyüş şəraitində fasilələr zamanı;
X
əgər silah otağında saxlanılırsa, həftədə bir dəfədən az olmayaraq.
Dostları ilə paylaş: