85
Atıcı silahları və onların hissələrini köhnə
yağdan və pasdan təmizləmək
üçün
ağ neftdən
istifadə olunur. Hissə və mexanizmlər ağ neftlə təmizləndik-
dən sonra qurulanır və yağlanır.
Atıcı silahların silinməsi, təmizlənməsi və yağ-
lanması üçün
pambıq parça
və ya xüsusi kağız-
dan istifadə olunur. Yarıqları, oyuqları, novları, kəsik-
ləri təmiz ləmək məqsədilə müxtəlif uzunluqda və
diametrdə möhkəm ağac növ lərindən hazırlan mış
taxta çubuq dəstindən
istifadə olunur.
Atıcı silahların
təmizlənməsi
üçün əvvəlcə təmizləmə və yağ-
lama mate rialları hazırlanır, sonra
silah sökü lür, alət və ləvazimatı
baxışdan
keçirilir, hazırlanır, lülə
kanalı təmizlənir.
Lülə kanalı, adətən, lüləsi ayrılmayan silahlarda lülənin ağız tərəfindən,
lüləsi ayrılan silahlarda isə lülənin xəzinə tərəfindən təmizlənir.
Lülə kanalının divarlarının sünbə ilə zədələnməsinə yol verməmək üçün
sünbənin üzərinə yönəldici (
penalın qapağı
) keçirilir.
Lüləni maye silah yağı ilə tə miz-
ləmək
üçün
silginin kəsi yin dən yağ
hop durulmuş əsgi keçi rilir. Bu zaman
əsginin ucla rının uzunluğu silginin mi -
lin dən qısa, qalınlığı isə elə olmalıdır
ki, silgi ilə əsgi lülə kanalına bir qə dər
qüvvə tətbiq etməklə keçsin (yiv lərin
təmizlənməsi təmin olunsun).
Silahların digər metal hissələri və mexanizmləri
də təmizləndikdən sonra
yağ hopdurulmuş parça ilə yağlanır.
Silahların hissə və mexanizm
-
lərini yağladıqdan sonra onlar yığılır,
hissə və mexanizmlərinin işi yox
-
lanılır, silahların
dəstinə daxil olan
ləva zimatlar tə mizlənib yağlanılır.
Dostları ilə paylaş: