101
17. TANKLAR VƏ ZİREHLİ TEXNİKALARLA MÜBARİZƏ
Tankların Birinci Dünya müharibəsində tətbiqi müharibə
edənlər tərəfindən tez bir
zamanda dəyərləndirildi və onlar az-çox əhəmiyyəti olan bütün ordu larda geniş yer
almağa başladı. O vaxtdan tankların həm konstruksiyası, həm də tətbiqi taktikası xeyli
inkişaf etdirildi. XX əsrin ikinci yarısından etibarən silahlı münaqişələrin böyük
əksəriyyətində tanklardan istifadə olunmağa başlandı. Elə indi də zirehli tank qoşunları
böyük orduların əsas zərbə gücü olaraq qalır.
Döyüşdə tanklarla mübarizəni necə təsəvvür edirsiniz?
Tankların
döyüşdə tətbiqi tak-
tikasının inkişafında iki dəfə Sovet
İttifaqı Qəhrə manı Həzi Əhəd oğlu
Aslanovun böyük rolu olmuşdur.
Onun kəşf etdiyi
“Cinah taktikası”
bu gün də aparıcı ölkələrin hərbi
məktəblərində öyrənilmək dədir.
Tank ların konstruktiv və döyüş
tət biqi taktikası ilə yanaşı,
onlarla
mü barizə üsulları da inkişaf etmiş-
dir. Lakin ilk mübarizə üsullarından
olan tank əleyhinə xəndək, eskarp, əks-eskarp,
tank əleyhinə kirpi, müxtəlif
qalaqlar və s. bu gün də öz aktuallığını saxlamaqdadır.
Tanklarla müasir mübarizə prinsipləri dünya müharibələri dövründəkindən
əsaslı şəkildə fərqlənir. Hazırda “tankların tək-tək məhv edilməsi”
əsas üsul
hesab olunur.
Hərbçi döyüşdə düşmənin tankları və başqa zirehli maşınları ilə müba rizədə
uğur qazanmaq üçün onların güclü və zəif yerlərini yaxşı bilməli, öz silahının
döyüş imkanlarını mükəmməl mənimsəyib bacarıqla tətbiq etməlidir.
Düşmən ordusunun əsas tankı T-72-dir. Onlar motoatıcı bölmələr və zirehli
döyüş maşınları ilə birgə, yaxud müstəqil döyüşaparma qabiliyyətinə,
yüksək
manevr imkanına, yaxşı zirehə malikdir. Bu tankların bəzi modifikasiyaları ku-
mulyativ mərmidən qorumaq üçün bort qalxanları (
ekranları
) və asma dinamik
qoruyucu konteynerləri ilə təchiz edilmişdir.
Layih
ə