Qilman eyvazov iNTİqam əSGƏrov


Coğrafi koordinat sistemində



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə73/139
tarix25.12.2023
ölçüsü3,72 Kb.
#194915
növüDərs
1   ...   69   70   71   72   73   74   75   76   ...   139
quot-cagirisaqadarki-hazirliq-quot-fanni-uzra-11-ci-sinif-ucun-darslik-1671017202-190-backup

Coğrafi koordinat sistemində
yer səthinin istənilən nöqtəsinin koordinat 
başlanğıcına nəzərən vəziyyəti bucaq ölçüləri ilə təyin olunur. 
Coğrafi koordinat sistemi bir-birindən çox uzaq məsafələrdə yerləşən ob-
yekt lərin qarşılıqlı vəziyyətinin təyin edilməsi ilə bağlı məsələlərin həlli üçün 
rahatdır. Ona görə də bu koordinat sistemi, əsasən, uzaq mənzilli döyüş vasi tə-
lərinin (
ballistik raketlərin, aviasiyanın və s.
) tətbiqi ilə bağlı hesablama işlərində 
istifadə olunur.
Coğrafi koordinat sisteminin element-
ləri coğrafi en və coğrafi uzunluq dairə sin-
dən ibarətdir. London şəhəri yaxınlığın dakı 
Qrinviç rəsədxanasından keçən meri dian 
başlanğıc və ya sıfır meridianı kimi qəbul 
edilmişdir.
Yer səthində verilmiş nöqtədən (M) ke-
çən şaquli xətlə ekvator müstəvisi arasında 
qalan bucağa 
coğrafi en dairəsi 
(
ϕ
) deyi-
lir. En dairəsi meridian qövsünün üzəri ilə 
ekvatordan hər iki qütbə doğru he sablanır 
və 0–90° arasında qiymətlər alır. Ekvator-
dan şimalda yerlə şən nöqtə lərin en dairəsi 
şimal, cənubda yerləşən lər isə cənub en-
liyi adlanır.
Başlanğıc (Qrinviç) meridian müstəvisi ilə verilmiş nöqtədən (M) keçən meri-
dian müstəvisi arasında qalan ikiüzlü bucaq 
coğrafi uzunluq dairəsi
(
λ
) adlanır. 
Uzunluq dairəsi ekvator və ya paralel qövsünün üzəri ilə başlanğıc meridiandan 
şərqə və qərbə doğru ölçülür və müvafiq olaraq şərq və qərb uzunluq dairəsi adını 
alır. Onun qiymətləri 0–180° arasında dəyişir.
Düzbucaqlı koordinat sistemi
zonaldır. Yer səthinin xəritəsini tərtib etmək üçün 
o, altı dərəcəli zonalara bölünür. Zonaların hər birində koordinat sistemi qurulur. 
Koordinat başlanğıcı zonanın orta meridianı ilə ekvator xəttinin kəsişməsidir. Hər 
bir zona müstəvi olaraq qəbul edilir.
Xətti kəmiyyətlərlə işləmək coğrafi koordinat sisteminin bucaq kəmiyyətləri ilə 
işləməkdən asan olduğu üçün düzbucaqlı koordinat sistemi ərazidə və xəritə üzə-
rində praktiki məsələlərin həllində daha geniş tətbiq olunur.

Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin