Gənc təDQİqatçI, 2020, VI cild, №1



Yüklə 9,76 Kb.
Pdf görüntüsü
səhifə134/175
tarix25.12.2023
ölçüsü9,76 Kb.
#196118
1   ...   130   131   132   133   134   135   136   137   ...   175
Genc Tedqiqatci N1 2020 (1)

İCTİMAİ ELMLƏR
 
145 
1965-ci ildə təxminən 14 hektara qədər ərazini əhatə edən “Nüydi düzündə” iki yoxlama qa-
zıntı sahəsi seçilmiş və kəşfiyyat işlərinə başlanılmışdır. Aparılan kəşfiyyat xarakterli qazıntılar za-
manı 1-ci yoxlama qazıntı sahəsindən 4 ədəd torpaq qəbir, müxtəlif təyinatlı saxsı qab nümunələri, 
əmək alətləri, silahlar və bəzək əşyaları üzə çıxmışdır. 2 saylı torpaq qəbirdən aşkar edilmiş tunc 
dəbilqə tapıntılar arasında diqqəti daha çox cəlb edir. F.Osmanov həmin dəbilqənin yerli istehsalı 
olub albanlara məxsus ola biləcəyini istisna etmir (13, s.2-5). 2-ci yoxlama qazıntı sahəsində isə 
tədqiqatlar zamanı qədim Nüydi əhalisinin yaşayış yeri müəyyən olunmuşdur. “Nüydi düzü” yaşa-
yış yerinin mədəni təbəqəsinin qalınlığı 1-1,5 metrdir (1, s.41). Buradan çay daşlarından hörülmüş 
ev bünövrəsi, suvaq qalıqları, ocaq yerləri, və keramika nümunələri, qayıqvari dən daşları, yumru 
sürtgəclər və s. kimi dövrü xarakterizə edən materiallar aşkara çıxarılmışdır (13, s.8-10). 
Həmin il Nüydi kəndinin yaxınlığında yerləşən “Xanqırılan” və “Təpədalı” kimi adlandırılan 
yaşayış yerlərində də kəşfiyyat işləri aparılmış və maddi mədəniyət qalıqları toplanılmışdır (13, 
s.11,12). 
Nüydi kəndi və onun ətraf ərazilərində aparılan 1965-ci il yoxlama qazıntı işlərindən toplanan 
materialların əhəmiyyətliliyi nəzərə alınaraq F.Osmanovun rəbərliyi altında Şirvan ekspedisiyasının 
Nüydi arxeoloji dəstəsi 1972-ci ildə bölgədə arxeoloji qazıntılar aparılmağa başlamışdır. Tədqiqat-
lar nəticəsində torpaq və küp qəbirlər aşkar edilmişdir. Zəngin avadanlıqlar əldə olunmuş Nüydi 
nekropollarından çoxlu sayda saxsı qablar, dəmir alətlər, az sayda bəzək əşyaları və içərisində Ma-
kidoniyalı İsgəndərin pullarına bənzədilərək zərb edilmiş 36 ədəd gümüş sikkə olan küp tapılmışdır 
(14, s.1-11). 
1973 və 1975-ci illərdə ötən illərdəki qazıntı sahəsi genişləndirilərək tədqiqat işləri davam et-
dirilmiş, 35-ə yaxın torpaq qəbrin aşkar olunması ilə bütövlükdə Nüydi kəndində 50-dən çox torpaq 
qəbir üzə çıxarılaraq öyrənilmişdir (15, s.26,41).
 
Ağsuçay vadisində, Nuran kəndindən 2 km şimal-qərbdə yerləşən və 10-12 hektar ərazini əha-
tə edən Qaraçıbulaq qədim yaşayış yeri və qəbiristanlığında 1973-cü ildə kəşfiyyat xarakterli tədqi-
qalar aparılmışdır (15, s.41). Yaşayış yerindən çay daşından inşa edilmiş tikinti qalıntıları və e.ə. I 
minilliyə aid müxtəlif maddi mədəniyyət nümunələri
-
təsərrüfat küpləri, dən daşları, keramika nü-
munələri, gil qadın fiqurları, əmək alətləri və silahlar əldə olunmuşdur. Aparılmış tədqiqatlardan 
məlum olmuşdur ki, abidədə yaşayış e.ə. XII əsrdən eranın I əsrinə kimi davam etmişdir (16, s.14).
 
80-ci illərdən başlayaraq F.Osmanovun rəhbərlik etdiyi ekspedisiya əsasən Ağsu rayonu əra-
zisindəki Qırlartəpə və Uzunboylar arxeoloji abidələrində qazıntı işləri aparmışdır. 
1982-ci ildən başlayaraq arxeoloji tədqiqatların cəlb olunduğu Qırlartəpə abidəsi Ağsu rayonu-
nun Qırlar kəndinin şimal-şərqində yerləşir. Yerli əhali tərəfindən “Təpədalı” kimi adlandırılan abidə 
yuxarıda da qeyd etdiyimiz kimi, ilk dəfə 1960-cı illərdə F.Osmanov tərəfindən yoxlanılmış, 1972-ci 
ildə Nüydi kəndində arxeoloji qazıntıları zamanı abidədə yenidən axtarış aparılmış və ilkin fikrlər irəli 
sürülmüşdür (15, s.64). 1990-cı ilə kimi davam edən ardıcıl tədqiqatlar nəticəsində aydın olmuşdur ki, 
abidədə yaşayış eneolit dövründən başlamış və müəyyən fasilələrlə orta əsrlərə qədər davam etmişdir. 
5 hektara yaxın sahəni əhatə edən abidənin antik dövr mədəni təbəqəsindən yaşayış evlərinin və qala 
divarlarının qalıqları üzə çıxmışdır. Qırlartəpə abidəsindən əkinçiliyin, maldarlığın və sənətkarlığın 
yüksək inkişafını göstərən zəngin materiallarla yanaşı, 1986-cı ildə I əsrdə kəsilmiş və üzərində parfi-
ya hakimi III Artabanın şəkli həkk olunmuş gümüş sikkə də tapılmışdır (16, s.9-10). 
F.Osmanovun və L.Osmanovun həmmüəllif olduqları “Şirvanın antik dövr silahları haqqında” 
adlı məqalədə Şirvan bölgəsinin antik dövr metalişləmə və dəmirçilik sənəti ilə yanaşı, Qırlartəpə abi-
dəsindən aşkar edilmiş metal istehsalı ocaqları haqqında ətraflı məlumat verilmişdir ( 17, s.89-98).
 
Uzunboylar abidəsi hələ 1972-ci ildə Nüydi kəndi ərazisində arxeoloji qazıntı işləri aparılar-
kən müəyyənləşdirilmiş, 1981-ci ildən başlayaraq arxeoloji tədqiqatlara cəlb olunmuşdur. Ağsu ra-
yonunun Xasıdərə və Sanqalan kəndləri arasında, hündür təpə üzərində 4 hektarlıq ərazini əhatə 
edən Uzunboylar abidəsi əkin üçün şumlandığından müxtəlif maddi mədəniyyət nümunələrinin qa-
lıqları-keramika məmulatları, kömür izləri üzə çıxmışdır (15, s.25). Uzunboylar abidəsi 1978-ci il-
dən abidələrin mühafzəsi siyahısına daxil edilmişdir (15, s.49). 1981-1982-ci illərdə yoxlama qazın-


GƏNC TƏDQİQATÇI, 2020, VI cild, №1 
146 
tı işləri aparılan zamanı müəyyən edilmiş torpaq qəbirlərdən e.ə. V-IV əsrlərə aid zəngin avadanlıq-
lar-tunc bilərzik, müxtəlif materallardan hazırlanmış muncuqlar, dəmirdən əmək alətləri, silahlar, 
çoxlu gil qab nümunələri əldə olunmuşdur. Bunlarla yanaşı 1 saylı torpaq qəbirdən Makedoniyalı 
İsgəndərin puluna bənzədilərək zərb olunmuş bir ədəd yerli gümüş sikkə də tapılmışdır. Bu, abidə-
nin dövrünün dəqiqləşməsində və yerli əhalinin ticarət münasibətləri ilə əlaqədar müəyyən təsəv-
vürlərin yaranmasında müfəssəl əhəmiyyətə malikdir (15, s.51-58). 
V.Əliyev və F.Xəlilli tərəfindən ilk dəfə 1997-ci ildə qeydə alınan və təxminən 10 hektardan ar-
tıq bir ərazini əhatə edən Nərgizava yaşayış yeri Ağsu rayonunun Gəgəli və Bico kəndləri ərazisində 
yerləşir. Abidənin yerləşdiyi ərazi əkin üçün şumlandığına görə mədəni təbəqə dağılmış, nəticədə an-
tik və ilk orta əsrlər dövrünə aid zəngin maddi mədəniyyət nümunələri üzə
 
çıxmışdır (18, s. 3-4). 
Nərgizava yaşayış yerindən təxminən 2 km aralıda, Təhməzli məhəlləsi adlanan ərazidə 4 
hektara yaxın ərazini əhatə edən Nərgizava nekropolu yerləşir. Nekropolda təsərrüfat işləri görülər-
kən müxtəlif tipli qəbir abidələri (sadə torpaq, daş qutu, küp, təknə qəbir) aşkar edilmiş, terrakotta, 
keramika, müxtəlif növ metal məmulatlar o cümlədən, tunc maral, at və atlı fiqurlar əldə edilmişdir 
(18, s. 7). 
2008-ci ildə su kəməri çəkilən zaman Nərgizava abidəsinə məxsus küp qəbirlərin aşkar edil-
məsi eləcə də, həyətyanı sahələrdən təsadüfi tapıntıların tapılması abidədə arxeoloji qazıntı işlərin 
aparılmasının labüdlüyünü ortaya qoydu (19, s. 37). 2009-cu ildə A.Quliyevin rəhbərlik etdiyi və 
Milli Azərbaycan Tarixi Muzeyinin elmi əməkdaşlarının da iştirak etdiyi Şamaxı-Xınıslı arxeoloji 
ekspedisiyası Nərgizava abidəsində kəşfiyyat işlərinə başlamışdır. Antik və ilk orta əsrlərə məxsus 
müxtəlif təyinatlı saxsı qab qırıqlarından, heyvan və insan sümüklərindən, kül, kömür qalıqlarından 
ibarət yerüstü materiallar toplanılmışdır. Aparılan qazıntı işləri zamanı 0,2 m dərinlikdən aşkar edi-
lən 30 torpaq qəbirlərdə skeletlər əsasən sağ böyrü üstə bükülü vəziyyətdə cənub-şərq istiqamətində 
dəfn edilmişdir (20, s.193). 2010-cu ilin iyun-oktyabr aylarında Şamaxı-Ağsu arxeoloji ekspedisiya-
sı Nərgizava nekropolunda arxeoloji tədqiqatları davam etdirmişdir. 15x15 m qazıntı sahəsində təd-
qiqat işləri aparılmış və aşkar edilən çox təbəqəli 69 torpaq qəbirlərdən yanaşı qoyulmuş qadın və 
uşaq, kişi və qadın skeletləri, müxtəlif heyvan skeletləri, Nərgizava abidəsi üçün səciyyəvi olan 
qablar, insan və heyvan fiqurları, müxtəlif silah nümunələri və əksəriyyəti tuncdan olan çoxsaylı bə-
zək əşyaları toplanılmışdır. Nərgizava abidəsindən əldə edilmiş materiallar əsasında abidənin e.ə 
III-II əsrlərə aid olması müəyyən edilmişdir (21, s.186-187). 2018 və 2019-cu illərdə də V.Əliyevin 
rəhbərliyi ilə Gəgəli kəndində arxeoloji kəşfiyyat işləri aparılmışdır. Kəşfiyyat qazıntısı zamanı pil-
ləli şəkildə dəfnlə xarakterizə olunan nekropollarla yanaşı qədim yaşayış yerinin qalıqları da aşkar 
edilmişdir (22, s.15; 23, s.6).
 
Nərgizava abidəsindən istər təsərrüfat işləri zamanı, istərsə də aparılan arxeoloji qazıntılar za-
manı əldə edilmiş maddi mədəniyyət nümunələri toplanaraq elmi cəhətdən tədqiq edilmiş, əldə edi-
lən artefekatların xeyli hissəsi AMEA-nın Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fonduna və 
Ağsu rayonu Tarix Diyarşünaslıq Muzeyinə təqdim olunmuşdur (18, s.3).
 
Milli Azərbaycan Tarixi Muzeyində mühafizə edilən Nərgizava və Mollaisaqlı abidələrinin 
metal əşyalarının bir hissəsinin kimyəvi tərkibi də öyrənilmişdir. Nərgizava abidəsinin materialları-
nın tərkibi AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Arxeologiya Texnologiyaları” sektoru-
nun əməkdaşları tərəfindən, Mollaisaqlı abidəsinin materialları isə AMEA Radiasiya Problemləri 
İnstitutunun əməkdaşı k.ü.f.d. Dinarə Abbasova tərəfindən öyrənilmişdir. Nəticədə, Nərgizava və 
Mollaisaqlı metal əşyalarının kimyəvi tərkibinin oxşarlıq təşkil etdiyi məlum olmuşdur. Mis əsaslı 
metal məmulatların tərkibində qalay, qurğuşun elementləri ilə yanaşı Nərgizava materiallarında az 
miqdarda sink, mərgümüş və sürmə elementlərinə, Mollaisaqlı materiallarında isə az miqdarda titan 
və bir ədəd asma bəzək əşyasında molibden elementinə rast gəlinmişdir (11, s.13-15.). Nərgizavanın 
metal əşyalarının kimyəvi tərkibi Ə.Həsənova və F.Xəlilinin “Qədim Nərgizava tunc əşyalarının 
tərkibi haqqında maraqlı nəticələr” adlı məqaləsində öz əksini tapmışdır (24).

Yüklə 9,76 Kb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin