Gənc təDQİqatçI, 2020, VI cild, №1


  ŞİRVAN BÖLGƏSİNİN ANTİK DÖVR ARXEOLOJİ ABİDƏLƏRİNİN



Yüklə 9,76 Kb.
Pdf görüntüsü
səhifə132/175
tarix25.12.2023
ölçüsü9,76 Kb.
#196118
1   ...   128   129   130   131   132   133   134   135   ...   175
Genc Tedqiqatci N1 2020 (1)

 
143 
ŞİRVAN BÖLGƏSİNİN ANTİK DÖVR ARXEOLOJİ ABİDƏLƏRİNİN 
ÖYRƏNİLMƏ TARİXİ 
N.M. Məmmədli 
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu 
nermin.mmmdl07@gmail.com 
Məqalədə Şirvan bölgəsinin antik dövrə aid yaşayış yerləri və qəbir abidələrində tədqiqatçı-
lar tərəfindən aparılmış arxeoloji qazıntıların öyrənilmə tarixindən bəhs edilir. Həmçinin, burada 
aparılan tədqiqatların gedişatına və aşkar edilmiş arxeoloji materialların təhlilinə həsr olunmuş bir 
sıra elmi əsərlərin və məqalələrin məzmunu da öz əksini tapmışdır. 
Açar sözlər
: Antik dövr, Azərbaycan arxeologiyası, yaşayış yerləri, küp qəbirlər, torpaq qə-
birlər. 
Azərbaycanın antik dövr tarixi haqqında yazılı məlumatların kifayət qədər olmaması geniş 
miqyaslı arxeoloji qazıntıların vacibliyini şərtləndirən əsas amillərdəndir. Bu baxımdan Qafqaz Al-
baniyasının ictimai-iqtisadi, siyasi və mədəni həyatının öyrənilməsində arxeoloji qazıntılardan əldə 
olunmuş maddi mədəniyyət nümunələrinin tədqiqi və təhlili böyük önəm daşıyır.
 
Cənubi Qafqazın qədim dövlətlərindən olan Albaniyanın böyük bir hissəsini əhatə edən Şir-
van bölgəsi antik dövrə aid arxeoloji abidələrin zənginliyi ilə seçilir. 
Qafqaz Albaniyasının tarixi XIX əsrin əvvəllərindən etibarən tədqiqatçıların diqqət mərkəzin-
də olmuş, bir sıra statistik və etnoqrafik məlumatlar toplanaraq rəsmi sənədlərdə və elmi əsərlərdə 
cəmlənmişdir. Onun arxeoloji baxımdan öyrənilməsi işinə isə XIX əsrin sonları XX əsrin birinci ya-
rısından etibarən başlanılmışdır. İlk əvvəl təsadüfən aşkara çıxarılmış tapıntılar ayrı-ayrı şəxslər tə-
rəfindən toplanılmış və müxtəlif muzeylərə təqdim olunmuşdur. Belə nümunələrdən biri də 1893-cü 
ildə İsmayıllı rayonunun Yengikənd kəndindən tapılan və Sankt-Peterburqdakı Dövlət Ermitajında 
saxlanılan II-III əsrlərə aid gümüş camdır (1, s.18). Bu camın Roma sənətkarlığı əsasında hazırlan-
masına əsasən K.V.Trever həmin camın Romada istehsal olunduğunu və Albaniyaya ticarət və ya 
mədəni əlaqələr vasitəsilə gətirildiyini ehtimal edirdi

Yüklə 9,76 Kb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin